Modern.az

Bakıda məcburi eniş edən  \"Boeing-777\"nin sərnişinləri təyyarəni tərk etdi - Yenilənib

Bakıda məcburi eniş edən  \

12 Dekabr 2017, 01:03

Bakıda məcburi eniş edən "British Airways" aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsinin kapitanı, sərnişinlərin təyyarəni tərk etmələri barədə qərar qəbul edib. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

 

Məlumata görə, sərnişinlər aeroportun tranzint zonasında yerəşdiriləcəklər. Onlar, zəruri olan hər bir şey ilə, o cümlədən qida və içki ilə təmin olunacaqlar.

 

22:05

 

“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib. Modern.az xəbər verir ki, təyyarə London-Mumbay reysi ilə uçurmuş. Qəza enişinə səbəb pilot kabinesində tüstülənmə olub.

 

Qeyd edək ki, təyyarənin göyərtəsində 135 nəfər sərnişin və 17 ekipaj üzvü var. Aeroportdan bildiriblər ki, təyyarə hazırda Bakıdadır. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü