Modern.az

Əbülfəs Qarayev Türkiyə səfiri ilə GÖRÜŞDÜ

Əbülfəs Qarayev Türkiyə səfiri ilə GÖRÜŞDÜ

Aktual

13 Dekabr 2017, 14:09

12 dekabrda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyənin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral arasında görüş keçirilib.

 

Görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

 

Nazir Türkiyə Respublikasının mədəniyyət və turizm naziri ilə Sudanda və Ankarada görüşlər keçirildiyini və müvafiq sahələrə dair qarşılıqlı maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparıldığını bildirib.

 

Görüş zamanı həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi müzakirə olunub.

 

Səfir səmimi qəbula görə minnətdarlığını ifadə edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü