21 yanvar 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Bakıda Milli Qəhrəmana xatirə lövhəsi qoyuldu
Bakıda Milli Qəhrəmana xatirə lövhəsi qoyuldu +
13.12.2017, 15:11

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub.

 

Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, batalyon komandiri Əliyar Yusif oğlu Əliyevin Nərimanov rayonunda şəhidin adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub.

 

Modern.az xəbər verir ki, tədbirə qatılanlar Əliyar Əliyevin şərəfli həyat yolundan danışaraq onunla bağlı əziz xatirələrini bölüşüblər.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı sərbəst güləş üzrə dəfələrlə SSRİ çempionu, idman ustası Əliyar Əliyevin məşqçi və pəhləvan kimi dəyərli fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Ə.Əliyevin yetirmələri arasında 8 nəfər respublika və SSRİ çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var.

 

Diqqətə çatdırılıb ki, torpaqlarımıza erməni təcavüzü başlanan gündən respublikamızda ilk özünümüdafiə batalyonlarından birinin qurucu komandiri olan Əliyar Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə misilsiz şücaətlər göstərib. 1992-ci il aprelin 16-da xaricdə xüsusi hazırlıq keçmiş “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə 50 nəfərlik diversiya qrupu mühasirəyə alınaraq məhv edilib, qalanları isə əsir götürülərək Xocalıdan olan onlarla əsir ilə dəyişdirilib. Həmin il iyunun 24-də Qubadlı rayon mərkəzini bombardman etmək tapşırığı almış üç hərbi vertolyotun hər üçü məhv edilib, biri isə yerə salınaraq yüngül təmirdən sonra Milli Ordumuzun istifadəsinə verilib. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 düşmən hərbçisini canlı olaraq ələ keçirib. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarıblar.

Getdikcə erməni qəsbkarlarının vahiməli yuxusuna çevrilən Ə.Əliyev son döyüşündə də mənfur düşmənə layiqli dərs verib. Laçın şəhərinin azad edilməsi uğrunda üç gün davam edən əməliyyatda 40 könüllü döyüşçüsü ilə partizan müharibəsinə girən komandirin başçılığı altında düşmənin 80-dən çox canlı qüvvəsi və bir neçə texnikası məhv edilib, 30-dan çox postu dağıdılıb, Laçının 40-dək kəndi azad edilib. 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyinə qədər irəliləyən komandir Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına həlak olub.

 

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edib.

 

50 illik yubileyi ərəfəsində Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsinin ətrafına toplaşanları salamlayaraq, Əliyar Əliyevin tək Qubadlı rayon camaatının deyil, bütün xalqımızın fəxarətlə andığı, daim qəlblərdə uca tutduğu igid bir Vətən övladı olduğunu deyib, qəhrəmancasına şəhadətindən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin bütün şəhid ailələrinə, eləcə də Milli Qəhrəmanımızın ailəsinə xüsusi diqqət və qayğısı sayəsində onun da uca adının yaddaşlarda əbədi olaraq həkk olunduğunu söyləyib.

 

İcra başçısı, Milli Qəhrəmanımızın ailəsinin Nərimanov rayonunda mənzillə təmin olunduğunu qeyd edərək, xatirə lövhəsinin yerləşdiyi rayonun ən böyük və abad küçələrindən biri olan  Əliyar Əliyevin adını daşıyan küçənin Ulu Öndərin adını daşıyan küçə ilə kəsişməsi amilinin də bu cəhətdən rəmzi bir məna ifadə etdiyini əlavə edib. Və  vətəndaşlarımızın mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində rayonda  geniş vüsət alan sosial-iqtisadi layihələrin Əliyar Əliyev küçəsində də həyata keçirildiyini deyib.

 

Əliyar Əliyevin sərgilədiyi igidliyin bu gün gənc nəslə örnək olduğunu və maddi-texniki bazası hər an təkmilləşən şanlı ordumuzun bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qələbələrinin Əliyar kimi qorxmaz oğulların döyüş təcrübəsi və şücaətindən qaynaqlandığını diqqətə çatdırıb.

 

Sonra çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov müharibə illərinin canlı şahidi kimi Əliyar Əliyevin və onun rəhbəri olduğu batalyonun erməni təcavüzkarlarına qarşı amansız mübarizəsindən bəhs edib, düşmən üzərinə daima şığıyan 35 yaşlı Əliyar Əliyevin vaxtsız vəfatının bir səbəbi kimi o vaxtkı hakimiyyətin səriştəsizliyi və bacarıqsızlığı olduğunu göstərib.

 

Natiq, Əliyar Əliyevin 50 illik yubileyi ilə əlaqədar Qubadlıdan olan məcburi köçkünlərin kompakt məskunlaşdığı Sumqayıt şəhərində də onun ölməz xatirəsinin ehtiramla anıldığı qeyd edib.

 

Əliyar Əliyevin oğlu, atasının yolunu şərəflə davam etdirən milli ordunun zabiti Emin Əliyev çıxış edərək bütün şəhid ailələri adından Milli Qəhrəmanın xatirəsinə göstərilən ehtirama və şəhid ailələrinə olan diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib və tədbirin təşkilinə görə şəxsən ailəsi adından Nərimanov və Qubadlı rayon rəbərliyinə təşəkkür edib.

 

Sonda Milli Qəhrəmanın döyüş yoldaşı, milli ordunun zabiti Sadiq Paşayev çıxış edərək yağı düşmənə qarşı onunla birgə çiyin-çiyinə döyüşməkdən qürur duyduğunu, ondan Vətəni daima göz bəbəyi tək sevməyi əxz etdiyini dilə gətirərək, 2016-cı ilin qalibiyyətli aprel döyüşlərində xüsusi igidliyinə və bacarıqlı komandirlik qabiliyyətinə görə Əliyar Əliyevin bir yetirməsinin general-mayor rütbəsinə, digərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü fəxrlə qeyd edib.

 

Hazırda ordumuzun sıralarında ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazır olan Əliyar Əliyev kimi yüzlərlə, minlərlə igid oğulların olduğu fəxarətlə qeyd edən zabit, bunun tezliklə gerçəkləşəcəyinə əminlik ifadə edib.

 

Sonda Milli Qəhrəmanın xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video
21.01.2018, 00:56

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Məmmədyarov
21.01.2018, 00:39

Məmmədyarov "Tata Steel Chess"də 3-cü qələbəsini qazandı

Çexiyada otel yanğınında 2 nəfər öldü
21.01.2018, 00:17

Çexiyada otel yanğınında 2 nəfər öldü

Otelə hücumda ölənlərin sayı artıb
20.01.2018, 23:53

Otelə hücumda ölənlərin sayı artıb

Hindistanda fabrik yandı: 17 ölü
20.01.2018, 23:35

Hindistanda fabrik yandı: 17 ölü

“Qalatasaray”a yeni president seçildi
20.01.2018, 23:23

“Qalatasaray”a yeni president seçildi

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi
20.01.2018, 23:09

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı
20.01.2018, 22:54

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”   
20.01.2018, 22:31

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”  

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto
20.01.2018, 22:14

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı
20.01.2018, 21:47

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar
20.01.2018, 21:27

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib
20.01.2018, 21:07

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

Ərdoğan 20 Yanvar şəhidlərini anıb
20.01.2018, 20:56

Ərdoğan 20 Yanvar şəhidlərini anıb

Qarabağda erməni hərbçısı yaralandı
20.01.2018, 20:34

Qarabağda erməni hərbçısı yaralandı

20 Yanvar 28 il sonra FOTOLARDA
20.01.2018, 20:19

20 Yanvar 28 il sonra FOTOLARDA

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır
20.01.2018, 20:03

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır

Rusiya və İran Türkiyəyə qarşı
20.01.2018, 19:51

Rusiya və İran Türkiyəyə qarşı

Salyan sakini bıçaqlanıb
20.01.2018, 16:50

Salyan sakini bıçaqlanıb

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi
20.01.2018, 16:37

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”
20.01.2018, 16:28

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

Yerevanda yeni etiraz aksiyası keçiriləcək
20.01.2018, 16:17

Yerevanda yeni etiraz aksiyası keçiriləcək

20 Yanvarı xatırlarkən...
20.01.2018, 16:05

20 Yanvarı xatırlarkən...

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib
20.01.2018, 15:52

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  
20.01.2018, 15:38

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  

Hamilə ana öldü, körpəsi tabutda doğuldu
20.01.2018, 15:26

Hamilə ana öldü, körpəsi tabutda doğuldu

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə   
20.01.2018, 15:16

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə  

Azadlığa can vermişik...
20.01.2018, 15:07

Azadlığa can vermişik...

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev   
20.01.2018, 15:00

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev  

Sarkisyan Fransaya gedir   
20.01.2018, 14:45

Sarkisyan Fransaya gedir  

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ   
20.01.2018, 14:33

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ  

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb
20.01.2018, 14:12

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb

Bu gecə...   
20.01.2018, 14:04

Bu gecə...  

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”
20.01.2018, 14:02

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ
20.01.2018, 13:50

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(35.7%)
SOCAR(17.8%)
Azersun Holding(10.7%)
Azercell(3.57%)
Bakcell(14.2%)
Nar mobile(0%)
Gilan Holdinq(3.57%)
Nurgun Group(0%)
Paşa Holding(3.57%)
Akkord(10.7%)