Modern.az

Dünya əhalisinin yarısı tibbi xidmət görmür

Dünya əhalisinin yarısı tibbi xidmət görmür

Dünya

14 Dekabr 2017, 11:36

Dünya əhalisinin azı yarısı vacib tibbi xidmət ala bilmir. Bunu Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatı üzə çıxarıb.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, hesabata görə, hər il xeyli sayda ailə yoxsulluğa yuvarlanır, çünki tibbi müalicənin xərcini öz ciblərindən çəkməlidirlər.

Hazırda 800 milyon nəfər ailə büdcəsinin azı 10 faizini tibbi xərclərə sərf edir, özünü, xəstə övladını, yaxud ailəsinin başqa bir üzvünü müalicə etdirir. Təxminən 100 milyon nəfər üçün bu xərclər yetərincə yüksəkdir və onları var-yoxdan çıxarır, günə 1,9 dollar və ya ondan da az pulla keçinməli olurlar.

Bu hesabat hazırda Tokioda keçirilən “Universal Səhiyyə Forumu-2017” adlı tədbirdə əsas müzakirə mövzusudur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü