Modern.az

Türkiyə XİN saytında Şərqi Qüdsü Fələstinin paytaxtı kimi göstərdi

Türkiyə XİN saytında Şərqi Qüdsü Fələstinin paytaxtı kimi göstərdi

Aktual

14 Dekabr 2017, 20:29

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında Şərqi Qüds Fələstinin paytaxtı kimi qeyd edilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Şərqi Qüds Fələstinin paytaxtıdır” ifadəsi nazirliyin saytında yerləşdirilib.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı arasında telefon danışığı baş tutub. İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısının məhsuldar keçdiyini bildirən Baxçalı əldə edilən uğurdan dolayı prezidenti təbrik edib.

 

MHP lideri eyni zamanda Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmasının son dərəcə önəmli olduğunu qeyd edib.

 

Öz növbəsində Ərdoğan da Baxçalıya göstərdiyi diqqət və ehtirama görə təşəkkürünü bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü