Modern.az

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı  

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı   

Aktual

16 Dekabr 2017, 13:18

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb. 

 

Modern.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər kişi ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü