Modern.az

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib

Aktual

18 Dekabr 2017, 15:28

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam genefondun qorunması!” adlı layihə çərçivəsində Quba rayonunun 2 və 4 nömrəli tam orta məktəblərində, Birinci Nügədi qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə və Amsar kənd tam orta məktəbində, Xaçmaz rayonunun 2, 4, 6 və 9 nömrəli tam orta məktəblərində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirib.


Tədbirlərdə İctimai Birliyin, Quba və Xaçmaz rayon İcra hakimiyyətlərinin, rayon təhsil və səhiyyə şöbələrinin, gənclər və idman idarələrinin nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimər və şagirdlər iştirak ediblər.
 
Çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışıblar.


Bildirilib ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac var.

Qeyd olunub ki, ölkəmizdə narkotizm problemiə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxdığından, bununla əlaqədar yeni mərhələ başlanıb. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılıb.


Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən fəal iştirakçılar diplomla təltif edilib, müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm və dəftər) paylanıb, iştirakçılarla söhbət və müzakirələr məktəblərin bufetlərində açılan süfrə ətrafında da davam etdirilib.

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü