Modern.az

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Aktual

18 Dekabr 2017, 18:26

Qubada bankomatdan oğurluğun qarşısı alınıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Zərdabi qəsəbə sakini 1994-cü il təvəllüdlü Asim Cabbarov gecə saatlarında Quba şəhər Yeni Avtovağzal ərazisində yerləşən Kapital Bankın ATM köşkündəki bankomatdan oğurluğa cəhd edərkən RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilib.

Saxlanılan zaman onun üzərindən cinayətdə istifadə etdiyi bir ədəd metal ling, bir ədəd mətbəx bıçağı, bir ədəd maska və bir cüt əlcək maddi sübut kimi götürülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var