18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - “Uşaqların hamısı qızdırıb, həyat yoldaşımın da ürəyi xəstədir” - Rəsulzadənin şikayət məktubu
“Uşaqların hamısı qızdırıb, həyat yoldaşımın da ürəyi xəstədir” - Rəsulzadənin şikayət məktubu
22.12.2017, 00:27

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirir.

 

Bu dəfə Cümhuriyyətin banisi olan Məhəmməd Əmin Rəsulzadə haqqında maraqlı tarixi faktı diqqətə çatdıracağıq.

 

Azərbaycan Cümhuriyyəti devriləndən sonra Rəsulzadə mühacirətə getməli olur. Yeni quruluş isə onun ailəsi və yaxın qohumlarını da təqib edir. 19 yaşlı oğlu Rəsul güllələnir, həyat yoldaşı, anası, qızları və körpə oğlu Qazaxıstana sürgün edilir.

 

M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə - Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.

 

Rəsulzadə 1924-cü ilin yanvarında məslək yoldaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubların birində ailəsi barəsində də danışır:

Qeyd: Rəsulzadə bu mövzuda Ceyhun bəyə yolladığı birinci məktubu Modern.az saytı dünən işıqlandırıb. Buradan oxu: http://modern.az/az/news/152190#gsc.tab=0)

 

 

İndi isə C. Hacıbəyliyə ailəsindən bəhs etdiyi ikinci məktubu təqdim edirik:

 

“Əzizim Ceyhun!

Son dəfə olaraq yazdığınız məktubu aldım. Buraya gəlmək üçün qərar vermiş olduğunuzu öyrəndim. Bammatovdan məktub almadığınıza təəccübləndim. Sizdən məktubuna cavab gəlmədiyinə heyrət etmişdir. Mirzədən çocuqlarınızın xəstə olduğunu öyrənmişdim. Kağız yazmaq üzrə idim ki, məktubunuz gəldi. Şükürlər olsun Tanrıya ki, uşaqların xəstəliyi keçmişdir. Buraya köçməniz haqqındakı qərarınız, xüsusi ilə uşaqların tərbiyəsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Mən də ailəmi buraya gətirtmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz ayında isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir. Sizinkilər əcnəbi də olsa bari mədəni bir tərbiyə görürlər. Bizimkilərə nə tərbiyəsi eləyirlər məlum....

 

“Yeni Kafkasya” haqqındakı mülahizələrinizə və qənaətinizə görə təşəkkür edirəm. Mücadiləmiz millidir və məcmuədə həlli bir ahənglə davam edir. Lakin bu “ahəngi” arzulayıb, eyni zamanda, “partizanlıq”  etmək və “intiriqa”lar qurmaq istəyənlər varsa, onlar səkkiz nüsxədən ibarət olub, dörd aydan bəri davam etdirdiyimiz bu milli mücahidəylə əlaqədar olduqlarını əməli işdə göstərsəydilər daha yaxşı olardı. Məncə müsbət işə yaramayan intiriqanların mənfi hərəkətlərindən qorxmağa dəyməz. Milli mücadilələrin faydası günəş kimi əhatəli və ümumidir. Bu mücadilə daima əməlpərvər bir zümrə tərəfindən davam edilə bilər. Yoxsa mənfi hərəkətlərdən başqa bir şeyə iqtidarı çatmayan araqarışdıranların “ağız suyu” heç bir zaman tükənməz. Meydanda səkkiz nüsxə var. Ahəng və məqsəd sizin də təqdir etdiyiniz vəchlə meydandadır. Bilməm bu səkkiz nüsxədə məmnuniyyətsizliyə səbəb olacaq bir qüsur varmıdır? Sizcə yoxdur. Başqalarına görə varsa, göstərsinlər. Məmnun olarıq. Ya izah və ya da islah edərik. Xülasə, özünüz dediyiniz kimi görüşərkən daha ətraflı anlaşarıq. Heyət üzvlərindən Sizdən başqa Əli Mərdan bəydən və Mir Yaqubdan ara-sıra məktublar alırdım. Mir Yaqub xəstələndikdən sonra xasiyyətini dəyişibmi? Nə isə artıq məktub yazmayır. Sizin ondan xəbəriniz varmı? Əli Mərdan bəydən də çoxdandır məktub almıram. Ankaraya göndərdikləri notanın surətini göndərəcəkdi, almadım. Onun özünə ayrıca məktub yazacağam. İndi yazmaq istəyirdim, işim çıxdı. Ona görə Sizə yazdığım bu məktubu burada bitirmək lazım gəldi. Uşaqların gözlərindən öpürəm. Zöhrə xanıma çox-çox salam. Vəli bəy  buraya gəlmişdir. Onunla daha görüşə bilmədim. Hələlik bu qədər, əziz qardaşım. Pəri xanıma, Sara xanıma, bütün Topçubaşovlara salam.

Abbasqulunun salamı var. Məmməd Əmin

P.S. Bu məktubla bərabər sizə “Əsrimizin Səyavuşu”ndan bir nüsxə göndərirəm”.

 

 

Mənbələr: М.Э. Расулзаде. Сборник произведений и писем /Сост., предисл. и примеч. С. Исхаков.

Məhəmməd Əmin Rəsulzadə “Məktublar. Şəfibəyçilik”.

 

E. Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-da silahlı insident
18.07.2018, 01:03

ABŞ-da silahlı insident

Yarım milyon qızılgüldən piramida ucaldıldı
18.07.2018, 00:49

Yarım milyon qızılgüldən piramida ucaldıldı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video
18.07.2018, 00:36

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
18.07.2018, 00:20

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu
18.07.2018, 00:04

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir
17.07.2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

İran nüvə proqramını davam etdirəcək, əgər ...
17.07.2018, 23:26

İran nüvə proqramını davam etdirəcək, əgər ...

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.07.2018, 23:12

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Bakıda zəncirvari qəza - VİDEO
17.07.2018, 22:56

Bakıda zəncirvari qəza - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib
17.07.2018, 22:41

Dənizdə batan 2 nəfər xilas edilib

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR
17.07.2018, 22:23

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Ukrayna dairəsində təmir başa çatır
17.07.2018, 22:11

Ukrayna dairəsində təmir başa çatır

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi
17.07.2018, 21:54

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi

BMT: Bir milyarddan çox insan risk altındadır
17.07.2018, 21:40

BMT: Bir milyarddan çox insan risk altındadır

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018, 21:26

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü
17.07.2018, 21:26

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü

105 dövlət əmlakı özəlləşdirilir
17.07.2018, 21:19

105 dövlət əmlakı özəlləşdirilir

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi
17.07.2018, 21:04

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər
17.07.2018, 20:55

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər

İŞİD-çilər kütləvi şəkildə  güllələndi
17.07.2018, 20:41

İŞİD-çilər kütləvi şəkildə  güllələndi

Sabah Bakınınbu rayonunda qaz olmayacaq
17.07.2018, 20:28

Sabah Bakınınbu rayonunda qaz olmayacaq

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov
17.07.2018, 20:14

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov

Bu il Azərbaycanda 6 min yeni ev tikilib
17.07.2018, 20:01

Bu il Azərbaycanda 6 min yeni ev tikilib

Sumqayıtda yanğın olub
17.07.2018, 19:29

Sumqayıtda yanğın olub

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib
17.07.2018, 19:21

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib

Oğuzda avtomobil çaya düşdü
17.07.2018, 18:59

Oğuzda avtomobil çaya düşdü

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI
17.07.2018, 18:55

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb
17.07.2018, 18:47

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM
17.07.2018, 18:40

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB
17.07.2018, 18:32

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb
17.07.2018, 18:29

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı
17.07.2018, 18:20

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi
17.07.2018, 17:52

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib
17.07.2018, 17:40

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.07.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

ARXİV