25 aprel 2018, Çərşənbə axşamı
Ana Səhifə - DÜNYA - Onlar nə qədər doğublar? - Rekord qıranlar
Onlar nə qədər doğublar? - Rekord qıranlar
23.12.2017, 13:11

İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginnes" pivə zavodunun sifarişi ilə nəşr olunan “Ginnesin Rekordlar kitabı” hazırda dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilir. Kitabda demək olar, hər mövzuda rekordlara rast gəlmək mümkündür.

Bir qadın düşünün, maksimum neçə uşaq dünyaya gətirə bilər?

 

Modern.az böyük ailə anlayışına inanılmaz bir ölçü qazandıraraq uşaqlarının sayı ilə rekordlar kitabına düşmüş anaların siyahısını təqdim edir.

 

33 dəfə ana olan Meri Conas

 

Tarixi qeydlərdən əldə edilən məlumata görə,19-cu əsrlərdə  İngiltərədə yaşamış bu qadın əslində kasıb olub. Bəs onlar məhdud imkanlarla o qədər uşağa necə baxacaqlarını düşünüblərmi? Dəqiq bilinmir. Amma  Marinin və əri Conun 33 uşaqları dünyaya gəlib.  Maraqlısı budur ki, bu uşaqlardan 30-u əkiz olaraq dünyaya gəlib. Cütlər olaraq dünyaya gələn bu uşaqların hamısı  canlı olaraq doğulsa da çoxu yeniyetmə yaşlarına çatmadan ölüb.

 

35 uşaqla böyük bir ailə quran Xanım Harrison

 

Başqa bir ingilis cütlük olan Harrisonların da ailəsi olduqca geniş olub. Onların 35 uşaqları dünyaya gəlib.1736-ci ildə xanım Harrison, tək əri olan cənab Harrisondan 35-ci uşağını dünyaya gətirib. Uşaqların aqibəti haqqında məlumat yoxdur.

 

Ərinin vəfatı ucbatından planları yarımçıq qalan 39 uşaq anası Yelizaveta Qrenhill

 

İngiltərəli xanım Qrenhill, əri cənab Qrenhildən biri əkiz olmaqla, tam 39 uşaq dünyaya gətirib.Sonuncu oğlunun adı Tomasdır. Hətta  əgər əri vəfat etməsəydi, iki və ya üç uşaqlarının olmasını da planlaşdırırdılar.

 

41 uşaq anası Alisa Hookes

 

Alisa Hookes haqqında məhdud biliyə Konvey  Kilsə Qəbiristanlığındakı məzar daşı sayəsində nail olunub. Məzar daşında 1637-ci ildə xanımın 41-ci uşağının adı yazılıb.

 

42 uşaqlı Yelizaveta Mott

 

Yelizaveta Mott haqqındakı ilk məlumat elə “Ginnes” rekordlar kitabının 1988-ci il tarixli nüsxəsində verilib. Yelizaveta və Con Mott cütlüyü Monks Kirbi kəndində tanış olub, 1676-ci ildə evləniblər. Cütlük hər halda çox xoşbəxt idi ki, tarixi qeydlərə görə, 42 uşaqları dünyaya gəlib. Xanım Mott, 1720-ci ildə vəfat edib.

 

52 uşaq anası İtaliyalı Maddalena Qranata

 

 İtaliyalı xanım Qranata haqqındakı məlumat “Paris” jurnalında  yer alan bir yazıya əsaslanır. Yazının dərc olunduğu tarixdə 47 yaşında olan Qranata 28 yaşında evlənib. Ölü anadan olanlarla birlikdə,49-u oğlan olmaqla, tam 52 uşağı olub. Bu uşaqların 15- i əkiz olaraq dünyaya gəlib.

İmperiya qadını 53 uşaq anası Barbara Stratzmann

 

1448-1503 illəri arasında Roma İmperiyasında yaşayan Xanım Stratzmann 53 dəfə ana olub. Ancaq uşaqlarından heç biri yetkinlik yaşına çatmayıb. Barbara və Adam Stratzmann cütlüyünün bir dəfə yeddi, bir dəfə də altı uşağı birlikdə doğulub. Bundan başqa 4 dəfə üçəm, 5 dəfə əkiz və 18 dəfə də tək uşaqları doğulub. Ümumilikdə 19 uşaqları ölü olaraq doğulub.

 

55 dəfə ana olan Leontina Albina

 

Xerardo  Sekunda və çilili Leontina Albina haqqındakı məlumat “Ginnes”in 1988-ci il tarixli nüsxəsinə əsaslanır. Albina həyat yoldaşı ilə 1943-cü ildə Argentinada ailə həyatı qurub. Xanım Albina, həyat yoldaşı ilə birlikdə Çiliyə köçməzdən əvvəl artıq hamısı oğlan olmaqla 5 dəfə üçəmi dünyaya gəlmişdi. Xanımın ümumilikdə 55 uşağı olub.

 

Yakov Kirillovun həyat yoldaşı 57 dəfə ana olaraq kraliçanın diqqətini çəkib

 

Rusiyanın Vvedenski kəndində yaşayan Kirillov 1775-ci ildə “atalıq uğurları”na görə kraliçanın məhkəməsinə təqdim edilib. Əkinçilik edən Kirillovun  ilk həyat yoldaşından olan uşaqlarının sayı 57-yə bərabərdir. Həyat yoldaşının adı isə qeyd edilmir.

 

Feodor Vasilyevi 69 dəfə ata edən həyat yoldaşı

 

Cənab Vasilyev ilə evlənərək onu nə az, nə çox  69 dəfə ata edən qadının adını təəssüf ki, bilmirik. Rusiyanın Şuya şəhərində yaşayan Vasilyev ailəsinin xanımı 27 dəfə hamiləlik keçirib,4 dəfə dördüz, 7 dəfə üçəm, 16 dəfə əkiz uşaq dünyaya gətirib. Körpələrdən yalnız ikisi ölü olaraq doğulub.

 

Əbülfəz KƏRİMOV


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25.04.2018, 18:31

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək

Zakir Həsənov Çinə səfər edəcək
25.04.2018, 18:25

Zakir Həsənov Çinə səfər edəcək

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
25.04.2018, 18:14

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
25.04.2018, 18:05

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25.04.2018, 17:57

İlham Əliyevin Türkiyə səfəri başa çatdı

Prezident Administrasiyası köçürüləcək - YENİ BİNA TİKİLİR
25.04.2018, 17:55

Prezident Administrasiyası köçürüləcək - YENİ BİNA TİKİLİR

Bu yolda hərəkət məhdudlaşdırılacaq   
25.04.2018, 17:43

Bu yolda hərəkət məhdudlaşdırılacaq  

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
25.04.2018, 17:25

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi

Yerevanın mərkəzinə zirehli texnika yeridildi
25.04.2018, 17:18

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

Manatın sabahkı MƏZƏNNƏSİ 
25.04.2018, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ 

“Onlar Prezidentin etimadını doğruldacaqlar”    
25.04.2018, 16:45

“Onlar Prezidentin etimadını doğruldacaqlar”  

Bakıda daha bir piyada ölümü
25.04.2018, 16:34

Bakıda daha bir piyada ölümü

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 
25.04.2018, 16:28

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi   
25.04.2018, 16:28

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi  

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA   
25.04.2018, 16:15

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
25.04.2018, 16:13

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 
25.04.2018, 16:12

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 

Türkiyədə qalib olan azərbaycanlı bacılar: “Fuad Muradovun təyinatını alqışlayırıq”
25.04.2018, 16:08

Türkiyədə qalib olan azərbaycanlı bacılar: “Fuad Muradovun təyinatını alqışlayırıq”

Diaspor üçün nə etməliyik?   
25.04.2018, 15:59

Diaspor üçün nə etməliyik?  

Azərbaycan-Türkiyə sənədləri imzalandı
25.04.2018, 15:49

Azərbaycan-Türkiyə sənədləri imzalandı

Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞ   
25.04.2018, 15:43

Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞ  

“Artıq gənc kadrlar daha çox irəli çəkilir”
25.04.2018, 15:41

“Artıq gənc kadrlar daha çox irəli çəkilir”

Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında
25.04.2018, 15:36

Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında

“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”
25.04.2018, 15:26

“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”

Formula 2 çempionatının 2-ci turunun gündəliyi AÇIQLANDI
25.04.2018, 15:21

Formula 2 çempionatının 2-ci turunun gündəliyi AÇIQLANDI

Etirazçılar Yerevan aeroportuna gedən yolu bağladılar
25.04.2018, 15:19

Etirazçılar Yerevan aeroportuna gedən yolu bağladılar

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib 
25.04.2018, 15:07

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib 

BDU-da SABAH qrupları Bilik yarışlarının mükafatlandırma mərasimi keçirilib
25.04.2018, 15:05

BDU-da SABAH qrupları Bilik yarışlarının mükafatlandırma mərasimi keçirilib

Deputatlarımız NATO PA-nın iclasında Ermənistana etiraz etdilər
25.04.2018, 14:57

Deputatlarımız NATO PA-nın iclasında Ermənistana etiraz etdilər

İŞİD-in topladığı sərvətin həcmi AÇIQLANDI
25.04.2018, 14:56

İŞİD-in topladığı sərvətin həcmi AÇIQLANDI

2 nəfər Vəkillər Kollegiyasına üzv oldu
25.04.2018, 14:49

2 nəfər Vəkillər Kollegiyasına üzv oldu

Paşinyan Ermənistan baş naziri postuna irəli sürüldü
25.04.2018, 14:47

Paşinyan Ermənistan baş naziri postuna irəli sürüldü

Bakı sakinləri hökumətdəki kadr dəyişiklikləri haqda DANIŞDILAR - VİDEO   
25.04.2018, 14:42

Bakı sakinləri hökumətdəki kadr dəyişiklikləri haqda DANIŞDILAR - VİDEO   

Şəmkirdə maşın ağaca dəydi - ölən var
25.04.2018, 14:40

Şəmkirdə maşın ağaca dəydi - ölən var

Taliban yeni müharibəyə başladı
25.04.2018, 14:26

Taliban yeni müharibəyə başladı

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(5.81%)
İmtahan qiymətləri normalıdr(4.65%)
İmtahan qiymətləri aşağıdır(2.32%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(69.7%)
İmtahan qiymətləri azaldılmalıdır(5.81%)
İmtahan qiymətləri artırılmalıdır(11.6%)