Modern.az

Eşşək abidəsini dağıdan "Kamaz" sürücüsü buraxılıb (FOTO)

Eşşək abidəsini dağıdan "Kamaz" sürücüsü buraxılıb (FOTO)

Təhsil

4 İyul 2011, 22:23

İyulun 4-də Şamaxı şəhərinin girişində yol kənarına qoyulan eşşək arabasındakı kəndli heykəli uçurdulub.

Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Şamaxı rayon polisindən bildirilib ki, heykəl təsadüfən uçurdulub. Polisin deməsinə görə, «Kamaz» maşınının sürücüsü təsadüfən heykələ toxunub. Polis hadisəni törədənin – «Kamaz» sürücüsünün saxladığını da təsdiq edib.

Mətbuat isə yazır ki, yerli əhali heykəl kompozisiyasını  Şamaxıda «eşşəyə heykəl qoyulması kimi» qiymətləndirib və bunu təhqir sayıb. Mətbuat heykəlin qəsdən dağıdıldığını yazır.
Şamaxı rayon İcra Hakimiyyətinin rəsmisi Ağamustafa Vahidov isə bir neçə gün əvvəl demişdi ki, Həmyə kəndinə gedən yolda qoyulan heykəl qədimliyi tərənnüm edir və burda hansısa məna axtarmağın özü mənasızdır.

DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidov deyib,  iyulun 4-də Şamaxı polisinə məlumat daxil olub ki, abidə bir «Kamaz» maşını tərəfindən dağıdılıb. Polis araşdırma aparıb və sürücünün şəxsiyyətini müəyyənləşdirib. Ehsan Zahidov deyir ki, sürücünü polisə gətirən zaman o, müqavimət göstərib, şöbədə isə pəncərə şüşələrini qırıb: «Buna görə də iş rayon prokurorluğuna verilib. Sürücüdən isə izahat alınıb və o sərbəst buraxılıb».


Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü