24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Hüseyn Ərəblinskinin müəmmalı qətli – Aktyorun dəfn günündən “reportaj”
Hüseyn Ərəblinskinin müəmmalı qətli – Aktyorun dəfn günündən “reportaj”
27.12.2017, 00:27

Köhnə Bakı... 1919-cu ilin 7 martı... Bakı əhlinin yazın gəlişini qeyd etdiyi bir vaxtda bir evdə dəhşət dolu matəm səsləri eşidilməkdədir. Xəbər sorağında olanlar çox keçmir ki, qara-qışqırığın səbəbini öyrənirlər: aktyor Hüseyn Ərəblinski qətlə yetirilib.

 

Heç kəsi yoxdu. Daha doğrusu, qohum-əqrabası çoxdu. Lakin hamı sağlığında guya “oyunbazlıqla məşğul olan” Hüseyndən üz çevirmişdi. Bir anası, bir də bacısının ah-naləsi kəsilmək bilmir. Hüseynin Bakı qoçularından “məharət” öyrənən dayısı oğlu onu qətlə yetirib. Özü də guya yenə də səhnədə aktyorluq etdiyi üçün. Amma təbii ki, belə deyildi.

 

Gəlin, Modern.az saytı vasitəsilə həmin günə - 1919-cu ilin martına xəyali səfər edək. Ərəblinskinin dəfnində də “iştirak edib” geri qayıdaq:

Hüseynin ölüm səbəbi tamamilə başqa idi. Dayısı oğlu onu tamam başqa səbəbdən öldürmüşdü. Məsələ isə bu cür olmuşdu:  Tatyana Maslennikova adlı bir müğənni qadın kazinoda, restoranlarda gitarada özü çalar, özü də oxuyardı. Gözəl və qəşəng olduğu qədər də məlahətli səsi vardı. O, oxuyanda salonda adam əlindən tərpənmək olmurdu. Hüseyn bir sənətkar kimi Tatyananın həm səsini, həm də gözəlliyini qiymətləndirirdi. Tatyana isə Hüseynə məftun idi. Ailəvi gediş-gəlişləri vardı. Xudmani məclislər qurub öz dostları, yaxın adamları ilə bir yerdə çalıb-oxuyar, o qaranlıq mühitdə vaxtlarını xoş keçirməyə çalışardılar. Hüseynin dayısı oğlu da demə Tatyanaya vurulubmuş və onu pul gücünə, ya da zorla ələ keçirməyə, ram etməyə cəhd edirmişsə də, cəhdləri boşa çıxır, hər dəfə oxu daşa dəyirmiş. Bəxtinin gətirmədiyinin günahını Hüseyndə görür, onu müqəssir hesab edir və bu maneəni aradan qaldırmağı, rəqibini yolundan çıxarmağı qərara alır və Hüseyni qətl edir.

 

 

Yəni, aktyorun ölüm səbəbi əslində, bu olub. Biz isə yenidən qətl gününün səhərinə “yollanaq”. Hə, onu da xatırladaq ki, bu “səyahətimizdə” biz heç də yaradıcı təxəyyülümüzə yer ayırmamışıq. Qeyd olunanların hamısı həqiqətən də o gün baş verənlər olub.

 

Mart ayının yeddisində, səhər saat ondan camaat mərhumun yaşadığı evin qabağına axışmağa başladı. Tezliklə ətraf küçələrdə adam əlindən tərpənmək olmurdu.

 

Yeganə qardaşını itirmiş ağı deyən bacının naləsindən, qəmli avazından təkcə müsəlmanlar yox, ruslar, yəhudilər, sözləri başa düşməsələr də, ifadə tərzindən, yanıqlı ahəngindən dərin faciənin mənasını duyurdular. Cənazəni qaldırmamışdan əvvəl qısa mitinqdə mərhumun bacısı qara libasda hönkürtü ilə göz yaşları axıda-axıda, üzüntülü və ürəkyandırıcı bir dildə camaata xitab edir: “Tək qardaşımın ana və bacıdan başqa kimsəsi yoxdur... Yalvarırıq, qatilə ən ağır cəza verdirin, qoymayın Hüseynin nahaq axıdılmış qanı yerdə qalsın...”.

 

Cənazəni Təzəpir məscidinə aparırlar. Meyit namazı qılınır, matəm mitinqi başlayır, natiqlər mərhumun bir sənətkar kimi xalqa göstərdiyi misilsiz xidmətindən danışırlar. Səhnəmizin mahir ustadının uzun illər əleyhinə mübarizə apardığı cəhalətin, nadanlığın qurbanı olduğunu söyləyirlər. Tabutu məsciddən qaldırıb, orkestrin çaldığı həzin matəm təranələri və nəğmələri altında Quberniski (Nizami) küçəsinə gətirib, Hacıbəyov qardaşları müdiriyyəti idarəsinin qarşısında saxlayırlar... Bəstəkar Üzeyir atəşli nitqində Ərəblinskinin fitrətən böyük aktyor və istedadlı rejissor olduğunu söyləyir. Müsəlman artistləri tərəfindən Məhəmmədəli Sidqi danışıb Hüseynin ömrünün bahar çağında amansız xəzana tutulduğunu, səhnəni tərk etdiyini, facianə qətl edildiyini yanıqlı bir dillə, təəssüflə bəyan edir.

 

 

Ən təsirli çıxışı isə o zaman tələbə olan Cəfər Cabbarlı edir. Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində Cəfərin  hönkürə-hönkürə etdiyi çıxış ətraflı verilib:

“Bu təlatümlü, qeyri-sabit, ixtişaşlı dövrdə, dünyanın, xüsusən, Bakının bu ağır günlərində, duman və tüstüyə bürünmüş mühitdə böyük sənətkarı qatl etdilər. Üfüqdə bahar havası duyulur, ana təbiət ayılır, qarlar əriyib çaylar daşır, təbiət oyanıb hər yeri yaşıl örtüyü ilə bəzəyir, çiçəklər yer-yerdən baş qaldırır, səhralarda və meşələrdəki yaz təravəti insanlara ümid verir, qışın tufanından, şaxta və soyuğundan sonra hər yerdə yeni həyat nəfəsi duyulur. İctimai, siyasi həyatda insan tarixi dəyişdiyi kimi, təbiətdə də dəyişmə gedir. Şaxtalı qışı gülərüz yaz, şən bahar əvəz edir. Yeni il bayramı, novruz şənlikləri yaxınlaşır, bütün insanlar bu şənliyə hazırlaşdığı bir vaxtda, gözlənilmədən şiddətli qara xəzan yeli, səmum küləyi əsib pak, günahsız, təmiz insanı, sənət aşiqini aramızdan aparır. Xalq sənətkarı, yüksək qayələr məftunu Hüseyn Ərəblinski bizi tərk edir... Əlvida, xalqının böyük sənətkar oğlu”.

 

Cəfər özünü toxdada bilmir, yol boyu göz yaşı axıdır. Deyilənə görə, Həsən bəy Zərdabinin dəfnindən sonra Bakıda ikinci ən izdihamlı dəfn Ərəblinskinin olub. Cənazəni qəbiristanlığa aparan zaman da həzin musiqi sədaları susmayıb. Yenə həmin mənbədən oxuyuruq:

“Tabutu qəbiristanlığa aparırlar. İzdiham sel kimi axırdı. Tabut və mafə güllərlə bəzədilmişdi. Camaat böyük gül-çiçək əklilləri aparırdı. Mərhumun bir neçə portretini müəllimlər, artistlər əllərində aparırdılar, Yol uzunu musiqinin ürək yandıran təranələri və matəm nəğmələri susmurdu. Bələdiyyə idarəsi ilə üzbəüz olan “Müqəddəs Nina” məktəbinin qabağına çatanda cənazəni saxlayırlar. Müəllimlərdən bir nəfər Ərəblinskinin səhnəyə göstərdiyi böyük xidmətlərindən danışır.

 

 

Müsəlman ziyalıları tərəfindən Xəlil İbrahim mərhumun səhnəyə göstərdiyi on yeddi illik fədakar xidmətini nəql edir. Şair Salman Mümtaz gözəl, dərin mənalı, kədərli, şairanə bir nitq söyləyir və mərhumun az vaxtda çox iş gördüyünü, onun məharətlə ifa etdiyi rolları görüb, Türküstan tamaşaçılarının qəlbdən alqışladıqlarını, indi onların da matəm tutduqlarını deyir. Müsəlman tələbələri tərəfindən hənifi Zeynallı danışır”.

 

Daha sonra cənazəni yenidən  qaldırıb, qəbiristana qədər əl üstündə aparırlar. Meyiti qəbirə qoyandan əvvəl qocaman artist Mirzə Muxtar Məhəmmədov cənazə ilə vidalaşır: “Hüseyn, mən də tezliklə dalınca gələcəyəm... Tez... çox tez gələcəyəm. Səni qara torpaq altında tək qoya bilmərəm... Gərək sinin yerinə mən öləydim. Bu xalqa, bu millətə sən daha çox lazım idin. Cəhalətin, nadanlığın qalın, qara pərdəsini parçalamaq üçün sənin şimşək təki çaxan istedadın mənim kimilərinin minini əvəz edərdi... Əlvida... əzizim”. Musiqi təranələri altında meyiti torpağa tapşırırlar.

 

Qeyd: Hüseynin dəfnindən iki ay yarım sonra Nəriman Nərimanovun “Nadir şah Əfşar”  faciəsi tamaşaya qoyulur. Məqsəd Hüseyn Ərəblinskinin qəbiri üstünü götürmək, kimsəsiz qalmış qoca anasının məişətini qismən də olsa təmin etmək idi. Bütün aktyorlar küçələrdə bilet satırdılar. Teatr kassası səhərdən axşama qədər açıq idi... Bu məqsədlə ianə də qəbul edilirdi və ianə verib, kömək göstərən adamların adları qəzetdə elan edilirdi. Nadir şahın rolunu Abbas Mirzə Şərifzadə, mərhum Hüseynin öz zövq və səliqəsilə tikdirdiyi Nadir şah libasında çıxış edəcəkdi…

 

E. Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab
24.09.2018, 00:41

ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı
24.09.2018, 00:17

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı

Gənc qız intihara cəhd etdi
23.09.2018, 23:48

Gənc qız intihara cəhd etdi

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə
23.09.2018, 23:27

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO
23.09.2018, 23:04

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO

Binəli Yıldırım Özbəkistana getdi
23.09.2018, 22:51

Binəli Yıldırım Özbəkistana getdi

“Qarabağ” “Qəbələ”yə şans vermədi
23.09.2018, 22:24

“Qarabağ” “Qəbələ”yə şans vermədi

Nobel mükafatı alan alim öldü
23.09.2018, 22:11

Nobel mükafatı alan alim öldü

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu
23.09.2018, 21:51

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü
23.09.2018, 21:42

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ
23.09.2018, 12:51

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər
23.09.2018, 12:28

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

ARXİV