Modern.az

Tiflis parlamenti Müsəlmanlar İdarəsinə hüquqi status verən layihəyə baxır

Tiflis parlamenti Müsəlmanlar İdarəsinə hüquqi status verən layihəyə baxır

Təhsil

5 İyul 2011, 14:55

Gürcü patriarxı İlya etiraz bəyanatı yayaraq müzakirələrin dərhal dayandırılmasını tələb edib

Gürcüstan parlamenti bu ölkədə yaşayan dini təşkilatlara hüquqi status verilməsi ilə bağlı qanun layihəsini parlamentin bu günkü iclasında müzakirəyə çıxaracaq. Modern.az gürcü mətbuatına istinadən bildirir ki, qanun layihəsi Gürcüstanla sıx tarixi əlaqələri olan dini təşkilatlara hüquqi şəxs statusunda ictimai fəaliyyətlə məşğul olmağa icazə verir. Bura erməni Apostol Kilsəsi, Roma-Katolik Kilsəsi, Müsəlman icması, Yəhudi icması və Baptist kilsəsinə daxil edilib.

Qanun layihəsinin müəllifləri deputat Laşa Tordiya, Çiora Taktakişvili və Nuqzar Tsiklauridir. 

Layihə artıq iyulun 1-də olan iclas zamanı 1 –ci oxunuşdan keçib. Bununla əlaqadar deputatlar Gürcüstan Vətəndaş kodeksinə dəyişiklik edərək  bu hüququ tanıyıblar.

Bu gün ikinci oxunuş üçün parlamentin müzakirəsinə çıxarılan qanun layihəsi gürcü patriarxı İlya tərəfindən kəskin etriazla qarşılanıb. Patriarx bununla bağlı yaydığı rəsmi bəyanatda Tiflis rəsmilərini gürcü kilsəsinin rəyini soruşmadan bu addımı atdığına görə tənqid edib.

Patriarx bu layihənin belə sürətlə müzakirəyə çıxarılmasını başa düşmədiyini deyərək bildirib ki, Gürcüstan Provoslav Kilsəsinin statusu rəsmi Tiflislə birgə müzakirələrdən sonra müəyyən edilib. Bu zaman geniş ictimaiyyət və beynəlxalq ekspertlər bu işdə iştirak ediblər.

“Kilsə heç vaxt Gürcüstanda mövcud olan digər dinlərə status verilməsinin əleyhinə olmayıb. Amma hazırkı prosesdə məsələnin dərindən öyrənmək üçün hökümətlə birgə çoxtərəfli komissiya yaradılması vacib idi”-deyən İlya bildirib ki, ilk olaraq status verilmiş dini icmaların domintat olduğu digər ölkələrdə gürcü kilsəsinə status məsələsinə baxılmalı idi. 

Patriarx rəsmi Tiflisdən qanun layihəsinin müzakirə prosedurunu dayandırmağı tələb edib.

Maraqlıdır ki, erməni katalikosu Qaragen bir neçə gün əvvəl Gürcüstana başa çatmış rəsmi səfəri zamanı prezident Saakaşvili erməni kilsəsinin statusu ilə bağlı məsələnin müzakirə edib. Saakaşvili bu məsələnin tezliklə həll ediləcəyini bildirib.
Qanun layihəsi həmçinin Gürcüstan Müsəlmanlar İdarəsinin statusunu müəyyən edəcək. Bununla da Gürcüstanda yaşayan azərbaycanlı müsəlmanların Qafqaz Müsəlmanları İdarasi ilə əlaqələrinə xitam veriləcək.  

X. SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü