Modern.az

Həbs olunan partiya sədrinin məhkəməsi olacaq – oğlu şikayətləndi

Həbs olunan partiya sədrinin məhkəməsi olacaq – oğlu şikayətləndi

Aktual

8 Yanvar 2018, 14:02

Yanvar ayının 10-da Azərbaycan Vahid Kommunist Partiyasının həbsdə olan sədri Musa Tükənovun məhkəməsi keçiriləcək.

 

Bu barədə Modern.az-a açıqlamasında Musa Tükənovun oğlu Kamran Tükənov  deyib. O bildirib atasının vəziyyəti yaxşıdı.

 

“Atama şər atıblar. Ümid edirik ki, bu məhkəmədə atamın günahsız olduğu barədə qərar çıxar. Yaxın vaxtlarda danışmışıq, ciddi bir probleminin olmadığını deyib”.

 

Qeyd edək ki, ötən ilin noyabrında 3 nəfər əlil şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini, Musa Tükənovdan şikayət edib.

 

Həmin şəxslər şikayətlərində bildiriblər ki, M.Tükənov onlardan pul alıb və geri qaytarmayıb. Həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü