Modern.az

Trampın məsləhətçisi CNN-nin efirindən qovuldu - VİDEO

Trampın məsləhətçisi CNN-nin efirindən qovuldu - VİDEO

8 Yanvar 2018, 14:51

CNN telekanalının aparıcısı Ceyk Tepper Donald Trampın məsləhətçisi Stiven Millerlə canlı yayıəmda mübahisə edib. Modern.az ABŞ KİV-nə istinadən xəbər verir ki, aparıcı Millerdən prezidentin psixoloji durumu və “Twitter”də Trampın yazdığı son tvitlər barədə suallar verib.

 

Tepper Trampın özünü “çox stabil dahi” adlandrıdğı tviti yada salıb. Bu açıqlamaya cavab olaraq isə Miller CNN telekanalının Trampa qarşı qərəzli kampaniya apardığını və feyk xəbərlər yazdığını deyib.

 

Bundan sonra efir dayandırılsa da, Trampın məsləhətçisi verilişi tərk etmək istəməyib və yalnız mühafizəçilərin köməyi ilə kanalın binasından uzaqlaşdırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü