Modern.az

Vəhşi quş yaralandı, nazirlik onu klinikaya verdi

Vəhşi quş yaralandı, nazirlik onu klinikaya verdi

9 Yanvar 2018, 14:08

8 yanvarda mətbuatda Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanov tərəfindən ona məxsus otlaq sahəsində yaralı halda qartal tapması ilə bağlı məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, məlumat əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən sözügedən quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

 

Bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartala baytar həkim tərəfindən müvafiq yardım göstərilib, reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü