Modern.az

Müsavat Məclisinin sədri: “Bu xəbəri ilk dəfədir eşidirəm”

Müsavat Məclisinin sədri: “Bu xəbəri ilk dəfədir eşidirəm”

Təhsil

8 İyul 2011, 13:38

“Müxalifətin sabah keçiriləcəyi zirvə görüşü barədə məlumatı ilk dəfə eşidirəm. Bu barədə heç bir məlumatım yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Müsavat Məclsinin sədri Arzu Səmədbəyli Vətəndaş Forumunun bununla bağlı elan etdiyi toplantıda iştirakına münasibət bildirirəkən deyib. A. Səmədbəylinin sözlərinə görə, Müsavat Partiyasının “zirvə görüşü” adlanan toplantıda iştirakına dair heç bir məlumata malik deyil.
“Mənim bu barədə məlumatım yoxdur”-deyə Məclis sədri vurğulayıb.

Qeyd edək ki, Vətəndaş Hərəkatı Forumu sabah müxalifətin zirvə görüşünü keçirməyə hazırlaşdığı  barədə məlumatı saytımıza KXCP sədrinin müavini Fikrət Cəfərli verib. Onun sözlərinə görə, görüşdə müxalifət qüvvələrinin demokratik seçki mühitinin yaradılması və qanunçuluğun bərpası istiqamətində birgə fəaliyyətin perspektivlərinin müzakirəsi gözlənilir.

Tədbirə  Müsavat, AXCP, KXCP, ADP, AMİP, ALP, Ümid və VİP dəvət edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü