17 yanvar 2019, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Cəbrayıldan Varşavaya  – Böyük Vətən Müharibəsinin AZƏRBAYCANLI QƏHRƏMANLARI
Cəbrayıldan Varşavaya  – Böyük Vətən Müharibəsinin AZƏRBAYCANLI QƏHRƏMANLARI
10.01.2018, 23:11

1941-ci ilin iyun ayında könüllü olaraq hərbi xidmətə getmək istəyəndə, komissarlıq yaşına görə onu geri qaytarıb. Nəhayət, 6 ay keçdikdən sonra, 18 yaşı tamam olanda Cəmil Əhmədov Cəbrayıl rayonundan hərbi xidmətə, birbaşa cəbhəyə yollanıb. Savadlı, çevik, intizamlı olduğundan onu əvvəlcə Orconikidze hərbi məktəbinə göndəriblər. Cəmil Əhmədov həmin məkəbi bitirdikdən sonra leytenant rütbəsində, taqım komandiri vəzifəsində Şimali Qafqaz cəbhəsində xidmətə başlayıb.

 

Modern.az saytının “Böyük Vətən Müharibəsinin AZƏRBAYCANLI QƏHRƏMANLARI” rubrikasının növbəti yazısı Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov haqqındadır.

 

Cəmil Əhmədov 1924-cü ildə Cəbrayılda anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirib. Savadı, tərbiyəsi, hələ yeniyetməlik yaşlarından vətənpərvər olması ilə fərqlənib.

 

Böyük Vətən Müharibəsi başlananda o da bir çox həmyaşıdları kimi könüllü olaraq cəbhəyə getmək, döyüşçülər sırasında dayanmaq arzusunda olub. Hərbi təhsil alarkən hərb elminin sirrlərinə dərindən yiyələnən Cəmil Əhmədov cəbhədə olduğu ilk günlərdən komandanlığın diqqətini çəkib. Qısa müddət keçdikdən sonra ona hətta məxfi sayılan hərbi əməliyyatlar da etibar olunub.

 

Şimali Qafqaz, Ukrayna, Belarusiya cəbhələrində uğurlu döyüşlərə görə qvardiya leytenantı Cəmil Əhmədov “Aleksandr Nevski”, “Qırmızı Ulduz” ordenləri ilə təltif olunub.

 

1943-cü ildə iki dəfə yaralanmasına baxmayaraq, gənc leytenant səhra şəraitində tibbi yardım alaraq komandiri olduğu taqımın önündən geri çəkilməyib.

 

Cəmil Əhmədovun Belarusiyanın Qomel vilayətində göstərdiyi şücaət çoxmillətli sovet ordusunda bu azərbaycanlı oğlunun nə qədər qorxmaz olduğunu bir daha sübut edib. Ağır döyüşlərdə almanlarla təkbətək üz-üzə qalan Cəmil Əhmədov ölümün gözünə dik baxaraq canlı sədd qurmuş onlarla alman əsgərini məhv edərək döyüş yoldaşlarını mühasirəyə düşmək təhlükəsindən qurtarıb.

 

 

Həmin döyüşdən sonra Cəmil Əhmədov Malın kəndinin ətrafından keçən Tremiya çayında, suyun içində mövqe tutaraq düşmənə bu kəndi ələ keçirməyə imkan verməyib. Əlavə qüvvələr gələnə qədər taqım kiçik bir qüvvə ilə bu böyük kəndi almanlara təhvil verməyib.

 

Bu döyüşdə ağır yaralanan Cəmil Əhmədov səhra hospitalına aparılıb. Müalicəsini sona qədər almayan leytenant yenidən cəbhələrə atılıb.

 

Bu dəfə isə istiqamət Polşaya doğru olub. Bir-birinin ardınca uğurlu hərbi əməliyyatlara imza atan Cəmil Əhmədov 1944-cü il iyun ayının 10-da Polşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

 

Döyüş yoldaşlarının yaddaşına peşəkar hərbçi olmaqla yanaşı, həm də qayğıkeş komandir, əsl dost kimi həkk olunan Cəmil Əhmədov Varşavada -sovet döyüşçüləri üçün ayrılmış Qəhrəmanlar Xiyabanında dəfn edilib.

 

SSRİ Ali Soveti Rəyasət heyətinin  24 mart 1945-ci il tarixli fərmanı ilə Cəmil Əhmədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.

 

Xatırladaq ki, Cəmil Əhmədov yazıçı Sabir Əhmədovun qardaşıdır.

 

1985-ci ilin may ayında Qələbənin 50-illik yubileyi münasibəti ilə Cəbrayıl rayonunda Cəmil Əhmədovun ev muzeyi açılıb. 1988-ci ildə qəhrəmanın xatirə kompleksinin yaradılmasına qərar verilib, heykəli isə Ömər Eldarov tərəfindən hazırlanmıb. Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlayıb, sonradan bu eksponatların sayı 800-ə çatdırılıb. İgid azərbaycanlı oğlunun xatirə muzeyi Cəbrayıl rayonunun diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyət göstərib və ermənin təcavüzü nəticəsində, 1993-cü ildə öz fəaliyyətini dayandırıb.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Dövlətqaçqınkom”un kollegiyasının yeni tərkibi TƏSDİQLƏNDİ
17.01.2019, 08:47

“Dövlətqaçqınkom”un kollegiyasının yeni tərkibi TƏSDİQLƏNDİ

Xətaidə yanğın - 4 nəfər təxliyə edildi
17.01.2019, 08:42

Xətaidə yanğın - 4 nəfər təxliyə edildi

Ekologiya Nazirliyi: Küləyin sürəti 34 m/saniyəyə çatdı - FOTO
17.01.2019, 08:35

Ekologiya Nazirliyi: Küləyin sürəti 34 m/saniyəyə çatdı - FOTO

Əflatun Amaşovdan mətbuata ÇAĞIRIŞ: “Buna qətiyyən yol vermək olmaz!”   
17.01.2019, 08:08

Əflatun Amaşovdan mətbuata ÇAĞIRIŞ: “Buna qətiyyən yol vermək olmaz!”  

Azərbaycanın Türkiyədəki keçmiş səfiri: “Tansu Çillər düz bir ay məni qəbul etmədi” - MÜSAHİBƏ   
17.01.2019, 07:48

Azərbaycanın Türkiyədəki keçmiş səfiri: “Tansu Çillər düz bir ay məni qəbul etmədi” - MÜSAHİBƏ  

1055 nəfərin əsassız əlillik təyinatı ləğv edilib - EKSKLÜZİV   
17.01.2019, 07:42

1055 nəfərin əsassız əlillik təyinatı ləğv edilib - EKSKLÜZİV  

Manat bu gün yeni məzənnədə olacaq?   
17.01.2019, 07:40

Manat bu gün yeni məzənnədə olacaq?  

Beş terrorçu məhv edildi
17.01.2019, 01:01

Beş terrorçu məhv edildi

Suriya paytaxtına güclü qar yağdı
17.01.2019, 00:44

Suriya paytaxtına güclü qar yağdı

Gürcüstanda matəm elan edildi - YENİLƏNİB
17.01.2019, 00:23

Gürcüstanda matəm elan edildi - YENİLƏNİB

Mey ona qarşı irəli sürülən etimadsızlıq rəyinin öhdəsindən gəlib
17.01.2019, 00:10

Mey ona qarşı irəli sürülən etimadsızlıq rəyinin öhdəsindən gəlib

Erməni əsgər minaya düşdü
16.01.2019, 23:52

Erməni əsgər minaya düşdü

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
16.01.2019, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Qurban Qurbanov məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi
16.01.2019, 23:20

Qurban Qurbanov məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi

Ankaradakı yanğında 5 suriyalı öldü
16.01.2019, 23:02

Ankaradakı yanğında 5 suriyalı öldü

“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze
16.01.2019, 22:50

“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze

Müsavat başqanı Türkiyədə müalicə alır
16.01.2019, 22:36

Müsavat başqanı Türkiyədə müalicə alır

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması ilə bağlı razılığa gəlinib”
16.01.2019, 22:03

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması ilə bağlı razılığa gəlinib”

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO
16.01.2019, 21:53

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi
16.01.2019, 21:42

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək
16.01.2019, 21:24

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO
16.01.2019, 21:10

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16.01.2019, 20:54

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16.01.2019, 20:43

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16.01.2019, 20:28

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur
16.01.2019, 20:16

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16.01.2019, 20:02

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.2019, 19:48

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir

Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16.01.2019, 19:37

Ermənistanda sığorta agentləri də etiraza qalxdı

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16.01.2019, 19:25

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16.01.2019, 19:14

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16.01.2019, 19:10

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 
16.01.2019, 19:02

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub
16.01.2019, 18:50

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub

Agentlik 50-ə yaxın obyekti cərimələdi
16.01.2019, 18:31

Agentlik 50-ə yaxın obyekti cərimələdi

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi
16.01.2019, 18:24

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

Ağstafada növbəti hesabat yığıncağı keçirildi
16.01.2019, 18:23

Ağstafada növbəti hesabat yığıncağı keçirildi

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi
16.01.2019, 18:20

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi

Ermənistanda baş nazirin müavinləri təyin olundu
16.01.2019, 18:11

Ermənistanda baş nazirin müavinləri təyin olundu

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək   
16.01.2019, 17:54

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək  

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı
16.01.2019, 17:49

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT
16.01.2019, 17:47

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi   
16.01.2019, 17:43

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi  

AMEA-da üç nəfərə yeni vəzifə verildi   
16.01.2019, 17:39

AMEA-da üç nəfərə yeni vəzifə verildi  

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb
16.01.2019, 17:30

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

Rektor universitetdə imtahanları dayandırdı   
16.01.2019, 17:24

Rektor universitetdə imtahanları dayandırdı  

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi
16.01.2019, 17:17

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi

Zakir Həsənov Milli Orduya göstəriş verdi   
16.01.2019, 17:06

Zakir Həsənov Milli Orduya göstəriş verdi  

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”
16.01.2019, 17:05

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”   
16.01.2019, 17:03

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”  

ARXİV