25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - Azərbaycanın şərəfli tarixinə adekvat SƏRƏNCAM
Azərbaycanın şərəfli tarixinə adekvat SƏRƏNCAM
11.01.2018, 22:18

Prezident İlham Əliyev ötən gün 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. 


Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

 

Milli Məclisin deputatları bu dəfə Modern.az-a ölkə Prezidentinin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”  olması ilə bağlı sərəncamdan danışıblar.

 

Millət vəkili , Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva , bu sərəncamın Azərbaycan xalqının şərəfli tarixinə adekvat sərəncam olduğunu deyib:

“Azərbaycanda 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması elmi ictimaiyyət və bütün xalqımız tərəfindən böyük rəğbət və məmnuniyyət ilə qarşılanıb. Dünyada az xalq tapmaq olar ki, onların tarixində belə bir hadisəyə rast gəlinsin.  AXC-nin yaranması bizim dövlətçilik tariximizdə çox böyük rol oynayıb. Nəinki şərq üçün, eyni zamanda bütün dünyada öz dövrü üçün unikal bir respublika idi. Bu respublikanın nailiyyətləri ilə dünyanın bir sıra xalqları, o cümlədən də qonşu xalqlar öz milli azadlıq hərəkatlarında istifadə etdilər.

 

Deputat bildirib ki, rəhbəri olduğu institutda  may ayına yaxın konfrans keçirəcək.

Konfransın mövzusu “Şərq ölkələrində milli azadlıq hərəkatının yaranmasında Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının təsiri” olacaq. Yəni AXC-nin yaranması 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinə çox böyük təsir göstərdi. Atatürk 1923-cü ildə Türkiyənin müstəqilliyini elan edəndə, Türkiyənin yeni konstitusiyasını yazanda AXC-nin konstitusiyasından götürülüb. Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması qonşu xalqları ruhlandırdı. 

 

G.Baxşəliyevanın sözlərinə görə, cəmi 23 ay ərzində çox mürəkkəb və beynəlxalq şəraitdə dünyəvi, demokratik, parlament respublikasının bütün atributları yaradıldı.

 

“ İstiqlal bəyənnaməsi qəbul olundu. Hansı ki, bu bəyannamədə müstəqil dövlətin ən əsas prinsiplər öz əksini tapmışdı. Dövlət rəmzləri qəbul olundu, bayraq, gerb, himn qəbul olundu, siyasi və vətəndaş hüquqlarına təminat verildi. Bütün vətəndaşlara hüquqi təminat verildi, onların dinindən, irqindən asılı olmayaraq. Şərqdə ilk dəfə məhz AXC-də qadınlara səs vermə hüququ verilib. Həmin dövrdə bir çox Avropa ölkəsində qadınlara səsvermə hüququ verilməmişdi. ABŞ-da  isə AXC-dən 3 ay əvvəl qadınlara səsvermə  hüququ verilmişdi. AXC-də çoxpartiyalı hökumət var idi, nazirliklər yaradılmışdı, yeni inzibati təsərrüfat bölgüsü aparılmışdı. Məktəblərdə, universitetlərdə maarifləndirici işlər görülürdü. Bunlar hamısı onu sübut edir ki, Azərbaycan xalqı hələ 100 il öncə  bu xalqın öndə gedən hissəsi intellektual potensiala malik idi, onlar çox gözəl təhsil görmüşdülər, Avropa mədəniyyətini dərinliklərinə qədər mənimsəmiş insanlar idi. Xalqını, millətini sevən, irəli aparmağa can atan, vətənpərvər insanlar dururdu cümhuriyyətin başında, demokratik dəyərlərlə də çox gözəl tanış idilər.

 

Hörmətli prezidentimizə bu cür vaxtında verilmiş sərəncama görə öz dərin təşəkkürümü bildirirəm. İnanıram ki, belə bil sərəncam AXC-nin fəaliyyətinin, ayrı-ayrı üzvlərinin fəaliyyətini dərindən öyrənilməsinə, bu sahədə elmi araşdırmalara böyük bir təkan verəcək. Bu sərəncam nəticəsində biz yeni materiallar əldə edəcəyik, bu da çox vacibdir. Məlumdur ki, bədnam düşmənlərimiz bizim vəhşi bir obrazımızı yaratmağa çalışırlar. Bu araşdırmalar  nəticəsində bütün dünya görəcək ki, bizim xalqımız hansı səviyyədə olub, yaradılan sivil dövlət heç Avropa ölkələrinin bir çoxunda o AXC-nin verdiyi hüquqlar olmayıb. Bunlar hamısı xalqımızın dünya səviyyəsində sivil obrazının bir daha təsbit edilməsinə xidmət edəcək. Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı belə bir sərəncam imzalaması onu göstərir ki, Azərbaycan xalqı əyilməzdir, məğlub olmazdır, hər bir qələbəyə qadirdilər. İnanıram ki, AXC-nin növbəti il dönümlərini Şuşada, Xankəndində, bütün Qarabağda qeyd edəcəyik”.

 

 

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib ki, Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında imzaladığı sərəncamın, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin böyük tarixi əhəmiyyəti var.

 

 

“Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqi ilə bağlı görülən işlər böyük əhəmiyyət daşısa da, tədqiq edilməsini gözləyən elmi-nəzəri problemlər hələ də qalmaqdadır. Bu baxımdan tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam və "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artmasında mühüm rol oynayacaq.

 

1918-ci il mayın 28-də bütün müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib. Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlanıb. Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamlar mühüm rol oynayıb. Həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində Cümhuriyyət dövrünə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və digərləri nəşr edildi”.

 

 

Millət vəkili Zahid Oruc deyib ki, Azərbaycanın bu il Şərqdə ilk demokratik dövlət qurmasının 100 illiyini qeyd etməsi çox əhəmiyyətli bir hadisədir.

“Çünki öz özlüyündə yalnız SSRİ-nin dağılması ilə xəritəyə çıxan və beynəlxalq aləm tərəfindən tanınan bir subyektdən danışmırıq. Ümumiyyətlə azadlıq hər zaman böyük bir anlayış olub və xalqların həyatında onun gerçəkləşdirilməsi qanlı yollar hesabına başa gəlib. Ötən əsrin əvvəllərində də bu belə idi. Zaqafqaziya Seyminin dağılması, Rusiya imperiyasının tərkibində tüğyan edən problemlər ələlxüsus da Birinci dünya savaşı nəhayətdə bizim bu məkanda, bu hüdudlarda uzun illər ərzində bizim müstəqilliyimizi təmin edərək dövlət quruculuğunu meydana gətirən mütəfəkkirlərimizin istəklərinin gerçəkləşməsinə səbəb oldu. Bu çox iftixar duyurucu bir hadisədir.  Kimsə düşünə bilər ki, onların dövlətçiliyinin yaşı minildir, yaxud ondan daha uzağa gedən bir tarixdir. Ancaq bizim üçün də bu hadisələr içərisində ən önəmli işlər ondan ibarətdir ki,Azərbaycan adlı bir vətəni son dərəcə ağır və məhrumiyyətli şəkildə, bölgədə dövlətçiyilin olmadığı, real beynəlxalq hüquq sisteminin işləmədiyi bir şəraitdə  onu gerçəkliyi çevirə bildilər. Bu iki il çəkdi, ondan sonra SSRİ-nin yaranması həmin subyektlərin müstəqillik varlığına son qoydu. Ancaq həmin dövrün hər bir hadisəsini araşdırmaq son dərəcə önəmlidir. Real durumlara baş vuraraq təhlil etmək  çox önəmlidir.

 

 Ölkə başçısı ötən gün çıxışında bu məsələlərə yer verərkən İrəvanın itirilməsini vurğuladı. Bu çox önəmli məsələdir. Yəni əgər prezident Azərbaycanın tarixində itirilmiş torpaqları xassəsi ilə barışmırsa bu çox yaxşı haldır. Bu gün də işğal olunmuş torpaqları hər hansı bir şəraitdə Ermənin işğalı altında qalmağını istəyənlərlə döyüşmüş oluruq. Onu hansısa bir tarixi kontekstdə necə sübuta yetirmək, ona bəraət vermək olar. Bu qətiyyən hansısa cümhuriyyət liderinin üzərinə ləkə atmaq, onları damğalamaq, suçlandırmaq, xalq qarşısında mühakiməyə çıxarmaq anlamına gəlmir. Bu ötən 100 illə üz-üzə gəlmək, savaşmaq anlamına gəlməməlidir.

 

Mən hesab edirəm ki, cənab prezidentin 2018-ci ili cümhuriyyət ili elan etməsi təkcə dövlət orqanlarının, hakimiyyətdə təmsil olan şəxslərə deyil, hər bir azərbaycanlıya istinadən ortaya qoyulub. Burada kimsə qələmi ilə, düşüncəsi ilə, təklifləri ilə və texniki işi ilə bu işə kömək edə bilər. Parlament müstəvisində Cümhuriyyətin yubileyinə yönəlik bir çox tədbirlər planlaşdırılır. Əlbətdə məclisin yaz sessiyası başlayanda təkliflərimizi verəcəyik. Ancaq mənim üçün önəmli küçə və meydanlara ad vermək yaxud cümhuriyyətin qurucuları ilə bağlı elmi konfransların verilməsinə deyil, daha çox onların hansı dəyərləri, prinsipləri ortaya qoyduqlarnı öyrənməliyik. Hazırki Azərbaycan dövləti varis kimi 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinə söykənir. Ordumuzun və yaxudda digər təsis olunmuş qurumlarımızın təvəllüd tarixi oradan qaynaqlanır. Mənim fikrimcə onların qoyub getdikləri mirasın öyrənilməsi istiqamətində tədbirlər daha da çoxaldılmalıdır”.

 

 

 

 


Qafar Ağayev
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu gün AŞPA-nın yay sessiyası başlayır
25.06.2018, 09:51

Bu gün AŞPA-nın yay sessiyası başlayır

Ermənistan atəşkəsi 98 dəfə pozdu
25.06.2018, 09:48

Ermənistan atəşkəsi 98 dəfə pozdu

Diqqət: bu yollarda hərəkət məhdudlaşdırılır
25.06.2018, 09:45

Diqqət: bu yollarda hərəkət məhdudlaşdırılır

Azərbaycanda 43 şübhəli saxlanıldı
25.06.2018, 09:44

Azərbaycanda 43 şübhəli saxlanıldı

Övladları Şahbaz Xuduoğlunun yubiley yaşına mahnı bəstələdilər - VİDEO    
25.06.2018, 09:40

Övladları Şahbaz Xuduoğlunun yubiley yaşına mahnı bəstələdilər - VİDEO  

Muharrem İnce Ərdoğanın qələbəsini ETİRAF ETDİ: “Adam qazandı!”   
25.06.2018, 09:25

Muharrem İnce Ərdoğanın qələbəsini ETİRAF ETDİ: “Adam qazandı!”  

Ərdoğan neçə faizlə qələbə qazandı... - Prezident və parlament seçkilərinin yekun NƏTİCƏLƏRİ
25.06.2018, 09:04

Ərdoğan neçə faizlə qələbə qazandı... - Prezident və parlament seçkilərinin yekun NƏTİCƏLƏRİ

Dünya Çempionatında bu gün hansı oyunlar keçiriləcək...
25.06.2018, 08:56

Dünya Çempionatında bu gün hansı oyunlar keçiriləcək...

Manat və dolların bugünkü məzənnəsi
25.06.2018, 07:36

Manat və dolların bugünkü məzənnəsi

Tanınmış aparıcıya ağır itki
25.06.2018, 00:46

Tanınmış aparıcıya ağır itki

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü
25.06.2018, 00:27

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi
25.06.2018, 00:06

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...
24.06.2018, 23:46

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”
24.06.2018, 23:29

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”

Parlament seçkilərində səslərin 91 faizi sayılıb:  “Cümhur ittifaqı”  54,06 faiz səs alıb - YENİLƏNİB
24.06.2018, 23:11

Parlament seçkilərində səslərin 91 faizi sayılıb: “Cümhur ittifaqı” 54,06 faiz səs alıb - YENİLƏNİB

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi
24.06.2018, 23:03

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi

PJAK-ın hücumunda azərbaycanlı öldü
24.06.2018, 22:34

PJAK-ın hücumunda azərbaycanlı öldü

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB
24.06.2018, 22:21

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB

Rusiya səmasında meteorit partladı - VİDEO
24.06.2018, 22:11

Rusiya səmasında meteorit partladı - VİDEO

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi
24.06.2018, 21:38

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi

Şəkidə zəlzələ oldu
24.06.2018, 21:17

Şəkidə zəlzələ oldu

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı
24.06.2018, 21:03

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib
24.06.2018, 20:45

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR
24.06.2018, 20:19

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər   
24.06.2018, 20:04

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər  

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı
24.06.2018, 19:41

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb
24.06.2018, 18:38

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR
24.06.2018, 18:24

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır
24.06.2018, 18:03

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24.06.2018, 17:30

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi
24.06.2018, 17:20

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib
24.06.2018, 16:56

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24.06.2018, 15:59

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”
24.06.2018, 15:33

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”

Ərdoğan səsvermədə iştirak etdi
24.06.2018, 15:30

Ərdoğan səsvermədə iştirak etdi

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.0%)
Braziliya(24.0%)
Almaniya(10.6%)
İngiltərə(2.31%)
Portuqaliya(12.5%)
İspaniya(5.55%)
Fransa(4.62%)
Belçika(2.31%)
Seneqal(3.70%)
Rusiya(22.2%)