Modern.az

Goranboyda tapılan çeçen qadınla bağlı rəsmi araşdırma NƏTİCƏ VERMİR  

Goranboyda tapılan çeçen qadınla bağlı rəsmi araşdırma NƏTİCƏ VERMİR   

Aktual

12 Yanvar 2018, 09:46

Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən ağbirçək qadının kimliyi və harada qeydiyyatda olması hələ də tam müəyyənləşməyib. 104 yaşında olduğu iddia edilən qadın özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad və  soyadlı adamın qeydiyyatda olmadığı söylənilib. Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı da üzə çıxıb. 

Modern.az saytı Mədinə Əliyevanın hazırda saxlanıldığı Bakıdakı “Tereza ana” sosial sığınacağı ilə əlaqə saxlayıb.


Sığınacaqdan  saytımıza bildiriblər ki, qadının ümumi vəziyyəti normaldır.


“Qadınla mütəmadi olaraq söhbət edirik. Çeçenistan vətəndaşı olduğunu və ora qayıtmaq istədiyini deyir. Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi, Dağıstan Daxili İşlər Nazirliyi Mədinə Əliyeva ilə bağlı araşdırmalar aparır. Mədinə Əliyevanın Çeçenistan vətəndaşı olması ətrafında dəqiqləşdirmələr aparılır. Hələ ki, yekun nəticə hasil olmayıb”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü