Modern.az

Fuad Muradova qarşı “qara piar”

Fuad Muradova qarşı “qara piar”

Parlament

9 İyul 2011, 15:11

Pia.az saytı Milli Məclisin deputatı Fuad Muradov haqqında həqiqətə uyğun olmayan məlumat yayıb. Saytın adı açıqlanmayan “şahidə” istinadən verdiyi məlumatda guya, F.Muradovun iyulun 7-də gecə saatlarında bir qrup gənclə paytaxtın Nizami rayonu ərazisindəki Füzuli meydanında “avtoşluq” etdiyi qeyd olunur.

F.Muradovun mətbuat xidmətindən Modern.az-a bu məlumatın həqiqətə uyğun olmadığını bildiriblər. Mətbuat xidmətinin yaydığı açıqlamada F.Muradovun Türkiyədə səfərdə olduğu, onun barəsində yayılan informasiyanın heç bir fakta söykənmədiyi vurğulanır.

Mətbuat xidmətindən həmçinin bildiriblər ki, Milli Məclis yay tətilinə çıxsa da, F.Muradov seçiciləri ilə mütəmadi olaraq əlaqə saxlayır, onların qaldırdığı problemlıri müvafiq dövlət qurumlarının qarşısında qaldırır. Mətbuat xidməti pia.az saytının F.Muradov haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymasından təəssüfləndiyini bildirərək, adıçəkilən agentliyin rəhbərliyini jurnalistlərin əxlaq kodeksinə əməl etməyə çağırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü