Modern.az

Kreditlə aldığı maşın başına bəla oldu

Kreditlə aldığı maşın başına bəla oldu

Aktual

14 Yanvar 2018, 13:17

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

 

Modern.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Faiq Bağırov Səbail rayon Prokurorluğuna ərizə ilə müraciət edərək bildirib ki, 2013-cü ildə bankların birindən yeni aldığı “Kia Rio” markalı avtomobili girov qoyması müqabilində 13800 dollar kredit götürüb. Lakin həmin krediti ödəyə bilmədiyi üçün F.Bağırov avtomobili 2016-cı ilin avqustunda 34 yaşlı Teymur Məmmədova satıb və Yasamal rayonundakı notariusda maşını onun adına sənəndləşdirib. Avtomobili almaq üçün müəyyən məbləğdə pul verən T.Məmmədov qalan krediti ödəməyi üzərinə götürüb. Lakin bu günlərdə məlum olub ki, avtomobili alan şəxs kredit öhdəliyini yerinə yetirməyib və onu başqasına satıb.
 
Müraciət əsasında araşdırma aparılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü