Modern.az

Prezidentdən NATO-ya xəbərdarlıq

Prezidentdən NATO-ya xəbərdarlıq

Dünya

16 Yanvar 2018, 21:24

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq zamanı Ərdoğan Suriyada YPG-nin başçılığı ilə DSQ-yə bənzər yeni qüvvənin yaradılmasını qəbul etməyəcəklərini bildirib.

 

Türkiyə lideri deyib ki, belə bir qüvvənin yaradılması Suriyanın sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vuracaq.

 

Ərdoğan əlavə edib ki, Türkiyə konstitusion haqlarından istifadə edərək sabitliyini və təhlükəsizliyini qoruyacaq.

 

Öz növbəsində Stoltenberq də vurğulayıb ki, terror hücumlarından qorunmaq Türkiyənin ən ali haqlarından biridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü