Modern.az

Tənha insanlar üçün yeni nazirlik yaradıldı

Tənha insanlar üçün yeni nazirlik yaradıldı

17 Yanvar 2018, 17:43

Böyük Britaniya baş naziri Tereza Mey yeni Tənhalıq Nazirliyi yaradıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni nazirlik tənha insanların problemləri ilə maraqlanacaq.

 

Yeni yaradılmış nazirliyə idman və vətəndaş cəmiyyəti naziri Treysi Krauç başçılıq edəcək.

 

“Müasir həyatımızın acı reallıqlarından biri də tənha insanlardır. Yaşlı insanlara, yaxınlarını itirənlərə və s. tənha insanlara öz dərdlərini bölüşmək, dəstək hiss etmələri üçün bu qurumu yaratdıq”-deyə Mey açıqlamasında deyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü