Modern.az

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov

17 Yanvar 2018, 21:27

"Qarabağ" Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Rusiyanın "Kuban" klubu ilə 2:2 hesablı heç-heçə edib. Modern.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib:

 

"Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissədə meydanda olan futbolçular çox istəkliydilər. Düzdür, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməyə çalışdı".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü