25 fevral 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Almaniyada polisi girov saxlayan azərbaycanlı ailə - Onlar saxta pasportla gediblər
Almaniyada polisi girov saxlayan azərbaycanlı ailə - Onlar saxta pasportla gediblər
19.01.2018, 13:27

Xəbər verdiyimiz kimi, Almaniyanın şimali Reyn-Vestafaliya bölgəsinin Qüterslo dairəsində polisin azərbaycanlı ailəni deportasiya etmək cəhdi girov dramına və polisə atəş açılmasına səbəb olub.

 

Qüterslo administrasiyası azərbaycanlı ailənin deportasiyasında israr edib. Rayon administratoru Sven-Georg Adenauer bildirib ki, hakimiyyət ailənin müqavimətini gözləyirdi və bu səbəbdən miqrasiya xidmətinin əməkdaşları ötən gün yanvarın 18-də gecə saatlarında onların qaldığı sığınacağa polis və təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə getmişdi.

 

Sven-Georg Adenauer bildirib ki, azərbaycanlı mühacirlər bir neçə dəfə Almaniyadan deportasiya olunub, lakin hər dəfə qanunsuz yollarla ölkəyə qayıdıb. Bu dəfə hakimiyyət ailənin deportasiyasında israrlı idi. Çünki məhkəmə qəti qərar çıxarmışdı ki, ailə deportasiya olunsun.

 

Beləliklə, polis və miqrasiya xidmətinin işçiləri saat 03.30-da ailənin qaldığı sığınacağa gedib. Orada azərbaycanlı ər-arvadla yanaşı ailənin iki yetkinlik yaşına çatmış qızları və bir qonaqları vardı. Lakin polisin bildirdiyinə görə ailə üzvləri güclü müqavimət göstərib və miqrasiya işçilərini müşaiyət edən polislərdən birinin silahını əlindən ala bilib.

 

Nəticədə bir neçə dəfə atəş açılıb. Polis sığınacaqdan qaça bilib. Ailə sığınacaqda möhkəmlənib və biri təhlükəsizlik xidmətinin əməkdaşı, digəri miqrasiya xidmətinin işçisi olmaqla iki nəfəri mənzildə girov götürüb.

 

Bildirilib ki, azərbaycanlı qadın özünə bıçaqla xəsarət yetirib.

 

Modern.az saytı Almaniyadakı diaspor təşkilatı ilə əlaqə saxlayıb.  

 

Almaniyada “Xəzər” Cəmiyyəti diasporunun sədri Etibar Qəniyev saytımıza açıqlamasında deyib ki, bu cür hallara mütəmadi olaraq rast gəlinir.

 

“Miqrantlarla polis arasında belə hallar tez-tez olur. Demək olar ki, son vaxtlar təkcə Azərbaycandan gələnlər deyil, başqa dövlətlərin vətəndaşları da bu cür şəkildə deportasiya olunurlar. Çünki bütün idarələrə orqanlara tapşırıq verilib ki, deportasiyanı həyata keçirsinlər. Əvvəllər xarici vətəndaşları öz ölkələrinə göndərmək istəyəndə proses uzanırdı. Vətəndaşlar gizlənməyə çalışırdılar. İndi vətəndaşlara öncədən xəbər verilmir. Nə vəkilləri, nə də özləri öncədən getmələri barədə məlumat bilirlər. Sadəcə, polis, həkim və təhlükəsizlik xidməti əməkdaşları gecə saat 3-də evə gəlirlər. Bu hadisə də 03.30-da  baş verib. Qapını döyüb içəri girirlər. Qadını qadın polis yoxlayır, kişini kişi polis. Bir saat ərzində vaxt verilir ki, hazırlaşsınlar, nə lazımdırsa götürsünlər. Müşayiət altında hava limanına gətirilirlər. Polis əməkdaşlarına iş  bu cür  tapşırılıb”

 

Diaspor rəhbəri son məlumatlar barədə də danışıb.

 

“Hadisə baş verən an polis və həkim heyəti mənzildən qaça biliblər. Xarici vətəndaşlar üzrə idarə xidməti və təhlükəsizlik xidmətinin işçiləri otaqda qalıblar. Bununla bağlı 04.55-də polis əməkdaşları həyəcan siqnalı çalıblar. Həmin yerə xüsusi dəstələr yeridilib. Ailə sonda qapını könüllü açaraq özlərini polisə təqdim ediblər və təslim olublar. İndiki məlumatlara görə, xanım özü-özünə xəsarət yetirib. Yarası keçici yaradır. Açılan güllədən heç kimə zərər dəyməyib. Yaralı xanım xəstəxanaya aparılıb. Ər isə polis nəzarəti altındadır. Ailənin psixoloji durumu araşdırılır.

 

Azərbaycandan olan 49 yaşlı qadın və 53 yaşlı kişinin deportasiyanın lazımi şəkildə davam etdiriləcəyi söylənilir. Çünki cəmiyyətə bir siqnal olardı ki, bu deportasiya məsələsi şiddət hesabına uğursuzluğa uğrayıb. Bu ər-arvadın getmək istəməsi öncədən bəlli idi. Ona görə də bu cür hal baş verdi. Bildirilir ki, ailə 2004-cü ildə saxta ad və soyad adı altında Almaniyaya gəliblər. Onların sığınacaq haqda verdikləri ərizə açıq-aşkar rədd olunduqdan  və qüvvəyə mindikdən sonra onlar 2011-ci ildə Almaniyanı tərk ediblər. 2012-ci  ildə ailənin böyük qızı Almaniyada viza alıb. İxtisaslı kadr olduğuna görə oturum izni də alıb. Ər, arvad və kiçik qızları 2013-cü ildə yenidən Azərbaycandan qeyri-qanuni şəkildə Almaniyaya  gəliblər”.

 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gəncə sakini qohumu tərəfindən bıçaqlanıb
25.02.2018, 00:49

Gəncə sakini qohumu tərəfindən bıçaqlanıb

Prezident onu təhqir edənlərlə söhbət etdi
25.02.2018, 00:27

Prezident onu təhqir edənlərlə söhbət etdi

Afrində əməliyyat bir aylıq dayandırılır
25.02.2018, 00:11

Afrində əməliyyat bir aylıq dayandırılır

Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazırdır
24.02.2018, 23:49

Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazırdır

Nazirlər Xocalı şahidini ayaq üstə dinlədi
24.02.2018, 23:34

Nazirlər Xocalı şahidini ayaq üstə dinlədi

Yəməndə terror aktı: 6 ölü
24.02.2018, 23:16

Yəməndə terror aktı: 6 ölü

Bölgələrdə diri heyvan ucuzlaşdı
24.02.2018, 22:58

Bölgələrdə diri heyvan ucuzlaşdı

45 yaşlı kişi özünü 14-cü mərtəbədən ataraq intihar etdi
24.02.2018, 22:44

45 yaşlı kişi özünü 14-cü mərtəbədən ataraq intihar etdi

Fərqli rəngli gözlərə sahib 6 yaşlı qız - Video
24.02.2018, 22:31

Fərqli rəngli gözlərə sahib 6 yaşlı qız - Video

Anasını bıçaqlayan oğul saxlanıldı - Yenilənib
24.02.2018, 22:24

Anasını bıçaqlayan oğul saxlanıldı - Yenilənib

“Milli dəyərlərimizə sel kimi basqı var” - Yaqub Mahmudov
24.02.2018, 22:09

“Milli dəyərlərimizə sel kimi basqı var” - Yaqub Mahmudov

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək
24.02.2018, 21:39

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”dən gümüş medal aldı
24.02.2018, 21:27

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”dən gümüş medal aldı

Şirvanda silahlı insident
24.02.2018, 21:14

Şirvanda silahlı insident

“İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür” – Roman Qriqorçuk
24.02.2018, 20:59

“İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür” – Roman Qriqorçuk

Somalidə partlayış qurbanlarının sayı 38-ə çatdı
24.02.2018, 20:46

Somalidə partlayış qurbanlarının sayı 38-ə çatdı

Ermənilər Ukraynada Xocalı ilə bağlı tədbirə mane olmaq istədi - Video
24.02.2018, 20:33

Ermənilər Ukraynada Xocalı ilə bağlı tədbirə mane olmaq istədi - Video

Bərdədə qatar yük maşını ilə toqquşdu - Video
24.02.2018, 20:13

Bərdədə qatar yük maşını ilə toqquşdu - Video

Prezident doktorant və tələbələrin təqaüdünü artırdı
24.02.2018, 20:01

Prezident doktorant və tələbələrin təqaüdünü artırdı

Nazirlik hərbi hissələrdə tədbir keçirdi
24.02.2018, 19:43

Nazirlik hərbi hissələrdə tədbir keçirdi

Prezident təhsil infrastrukturunun inkişafı ilə əlaqədar sərəncam imzaladı
24.02.2018, 18:51

Prezident təhsil infrastrukturunun inkişafı ilə əlaqədar sərəncam imzaladı

Arıqlamaq istədi, həyatını itirdi
24.02.2018, 17:49

Arıqlamaq istədi, həyatını itirdi

Bakıda liftdə köməksiz qalmış 3 nəfər xilas edilib
24.02.2018, 17:39

Bakıda liftdə köməksiz qalmış 3 nəfər xilas edilib

Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi
24.02.2018, 17:31

Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi

Bakıda mənzildən kişi meyiti tapılıb
24.02.2018, 17:22

Bakıda mənzildən kişi meyiti tapılıb

24.02.2018, 17:16

"Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi keçirilib

Bakıda ABŞ Senatının modeli – “Nüvə təhdidi: Şimali Koreya” mövzusunda SİMULYASİYA
24.02.2018, 17:14

Bakıda ABŞ Senatının modeli – “Nüvə təhdidi: Şimali Koreya” mövzusunda SİMULYASİYA

Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər - SİYAHI
24.02.2018, 17:10

Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər - SİYAHI

Gəncədə top mərmisi tapıldı
24.02.2018, 17:03

Gəncədə top mərmisi tapıldı

Ağdamda dərisi soyulmuş at cəmdəyi aşkarlanıb - FOTO
24.02.2018, 16:57

Ağdamda dərisi soyulmuş at cəmdəyi aşkarlanıb - FOTO

MSK 51 müşahidəçini qeydiyyata alıb
24.02.2018, 16:45

MSK 51 müşahidəçini qeydiyyata alıb

Ukrayna Saakaşvilinin sığındığı ölkəyə müraciət etdi
24.02.2018, 16:41

Ukrayna Saakaşvilinin sığındığı ölkəyə müraciət etdi

Daha 2 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR
24.02.2018, 16:23

Daha 2 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”
24.02.2018, 16:05

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”

Rusiyanın kredit reytinqi artdı
24.02.2018, 15:54

Rusiyanın kredit reytinqi artdı

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(16.0%)
“Bazarstore”(10.3%)
“Neptun” marketləri(2.29%)
“Favorit” marketi(5.74%)
“Makromarket”(2.29%)
“Bizim market”(2.29%)
“Rahat market”(2.29%)
“Bravo” marketləri(13.7%)
“Oba market”(11.4%)
Heç biri - digər mağazalar(33.3%)