Modern.az

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Aktual

19 Yanvar 2018, 14:53

Bu gün Odlar Yurdu Universitetində 20 Yanvar hadisələrinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki,  tədbiri aparıcılar açıq elan etdikdən sonra  20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin və ümumilikdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin ruhları 1 dəqiqəlik sükutla yad edildi.

 

Odlar Yurdu Universitetinin və Odlar Yurdu kollecinin  tələbələri, o cümlədən, 62 saylı məktəb -liseyin şagirdləri iştirak ediblər. Odlar Yurdu Universitetinin hazırladığı video rolik təqdim olunub. Qanlı Yanvar günü baş vermiş hadisələrə toxunulub, tələbə və şagirdlərə baş vermiş faciənin nə dərəcədə əhəmiyyətli olduuğu bir daha xatırladılıb.

 

Daha sonra 20 Yanvar hadisələri haqqında ətraflı danışmaq üçün  universitetin rektoru professor Əhməd Vəliyevə verilib.

Əhməd Vəliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı  çıxardığı dörd qətnaməyə baxmayaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu gün də davam edir və beynəlxalq birlik bu təcavüzkarlığa qarşı hər hansı bir tədbir görmür.

“1990-cı il 20 Yanvar tarixi Azərbaycan xalqı üçün heç də sıradan bir gün deyil. Bu tarix bizim üçün ən ağrılı, acılı, müstəqil, azad yaşamaq istəyən insanların qanı bahasına başa gələn faciədir. Qanlarına bələnmiş, taleyinə zülm yazılmış xalqımızın dərdini yenidən vərəqləmək hamımız üçün çox ağırdır. Amma ağır da olsa bu hadisələrə münasibət bildirmək hər birimizin vətəndaşlıq borcu, insanlıq məsuliyyətidir”.

 

Onun sözlərinə görə, 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər hər il mütəmadi olaraq keçirilməlidir:

“Biz icazə verə bilmərik ki, bu hadisə unudulsun. Bizim, həmin hadisənin şahidi olmuş hər kəsin borcudur ki, bu faciəni gələcək nəsilə ötürsün. Çünki bizim müstəqilliyimizin əsası 20 Yanvar günündən başlayır. Həmin gecə SSRİ ordusu əslində öz dövlətinə qarşı qoşun çəkdi. Ancaq azadlıq niyyətimizi,istəyimizi boğa bilmədi”.

Sonda 20 Yanvarla bağlı keçirilən müsabiqədə qalib gələn tələbə və şagirdləri təbrik edən Əhməd Vəliyev gənclərə tövsiyə edib ki, həmişə milli mənəvi dəyərləri qorusunlar və onlara hörmət etsinlər.

Tədbir tələbə və şagirdlərin hazırladığı bədii kompozisiya ilə davam etdi. Az qala dastana çevrilən İlham və Fərizəyə həsr olunmuş kiçik səhnə tamaşası hər kəsin marağına səbəb oldu. 

Sonda bütün tələbələr və şagirdlər “Azərbaycan-anaların anası” mahnısını ifa ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü