Modern.az

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır

Aktual

19 Yanvar 2018, 19:51

Bakı metrosunda qatar tuneldə qalıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Modern.az-a verdiyi məlumata görə,  "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb.

 

N.Paşayev qatarda baş verən nasazlığa görə sərnişinlərin "28 May" metrostansiyasında boşaldıldığını qeyd edib: “Saat 18:45-də "Nizami" stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar "28 May" - "Gənclik" stansiyaları arasında qalmışdı. Qısa müddətdə 35 saylı qatarda yaranan problem aradan qaldırıldı. Həmin problemə görə, qatarların hərəkətində fasilələr yaranıb. Çalışırıq ki, intervalda olan gecikmələri aradan qaldıraq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok