Modern.az

Şəhriyar Məmmədyarov vahid liderdir

Şəhriyar Məmmədyarov vahid liderdir

20 Yanvar 2018, 00:53

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirində vahid liderə çevrilib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, o, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən turnirinin 6-cı turu çərçivəsində hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.

 

Nəticədə Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 - 4-cü yerləri bölüşdürür.

 

Yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır