Modern.az

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı          

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı           

20 Yanvar 2018, 10:29

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, aAxtarışda olduğuna görə 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. 

 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

 

 

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...