Modern.az

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

20 Yanvar 2018, 10:52

Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyaları həyata keçirəcək.

 

Modern.az-ın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

 

O bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır: "Hazırda lazımi texniki-təşkilati işlər görülür. Vaxtilə bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir".

 

Ə.Əhmədov güman edir ki, bir neçə ay ərzində təşkilati işlər tamamlanacaq və Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...