Modern.az

Paytaxtın bu ərazilərində su yoxdur

Paytaxtın bu ərazilərində su yoxdur

Aktual

21 Yanvar 2018, 14:00

Bakının bəzi yerlərində içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə Modern.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

 Qurum rəsmisi qeyd edib ki, səbəb su kəmərində aparılan təmir işləridir:

“Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb. Fasilə yanvarın 22-si, günün birinci yarısına qədər davam edəcək”.

 

“Azərsu” yaranmış narahalığa görə abonentlərdən üzr istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü