Modern.az

Həbs olunan şahzadələr krala 100 milyard dollar ödəyəcək      

Həbs olunan şahzadələr krala 100 milyard dollar ödəyəcək      

Dünya

22 Yanvar 2018, 11:09

Səudiyyə Ərəbistanında həbs olunmuş şahzadə və biznesmenlər azadlığa çıxmaları üçün kral xəzinəsinə ödəniş etməyə razı olublar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün mehmanxanaların birində saxlanılan şahzadələr 10 milyard dollara yaxın ödəniş edəcəklər.

 

Ər-Riyaddakı “Rits Karlton” mehmanxanasının nömrələrində artıq bir neçə aydır ki, nəzarətdə saxlanılan şahzadələrdən 90ı artıq ödəniş edərək azadlığa çıxıb. Daha 70 nəfər isə bundan imtina edib və buna görə, barələrində açılmış cinayət işi ilə tanış olurlar.

Qeyd olunur ki, kral hakimiyyəti yanvarın sonuna qədər danışıqları yekunlaşdırmaq niyyətindədir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü