Modern.az

Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi

Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi

23 Yanvar 2018, 00:59

Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi "Zeytun budağı" əməliyyatında türk əsgəri şəhid olub. Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, türk ordusunun hərbçisi “Zeytun budağı” əməliyyatı çərçivəsində Kilisin Gülbaba kəndinin cənub şərqində Burseya dağında baş verən döyüşlərdə şəhid olub.

 

Bu, Türkiyə ordusunun  "Zeytun budağı" əməliyyatı çərçivəsində verdiyi ilk şəhiddir.

 

Bu arada Türkiyə ordusunun ard-arda endirdiyi ağır zərbələr nəticəsində çarəsiz vəziyyətə düşən terrorçular ABŞ və rəhbərlik etdiyi koalisiyadan yardım istəyib. Dayaq nöqtələri bir-birinin ardınca dağıdılan terror qruplaşması koalisiya üzvü dövlətlərdən Türkiyəni dayandırmasını istəyib. Terrorçular kömək istəyərkən İŞİD-lə mübarizənin təhlükə altında qalması ehtimalını bəhanə olaraq göstəriblər.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...