Modern.az

Ötən gün Azərbaycanda 26 şübhəli saxlanılıb  

Ötən gün Azərbaycanda 26 şübhəli saxlanılıb   

23 Yanvar 2018, 09:05

Daxili İşlər Nazirliyi yanvarın 22-dən 23-dək daxili işlər orqanlarında

qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

        
Axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi