Modern.az

Türkiyə ordusu iki şəhid verdi

Türkiyə ordusu iki şəhid verdi

Dünya

3 Fevral 2018, 20:01

Türkiyə ordusunun PKK, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində döyüş zamanı bir türk hərbçisi şəhid olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, daha bir hərbçi Türkiyənin Afrinlə həmsərhəd Kilis əyalətində terrorçuların  hücumu nəticəsində həlak olub.  

Qeyd edək ki, Baş Qərargah bundan əvvəl Afrindəki əməliyyat zamanı  ümumilikdə 5 hərbçinin həlak olduğunu bildirmişdi. 

Qeyd edək ki,  Suriyanın Afrin bölgəsində  PKK, YPG və İŞİD terrorçularına qarşı əməliyyat yanvarın 20-dən davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü