Modern.az

Türkiyə Afrində daha iki şəhid verdi

Türkiyə Afrində daha iki şəhid verdi

Dünya

7 Fevral 2018, 23:55

Bu gün Suriyanın Afrin bölgəsində terrorçuların nəzarətindəki ərazilərdən türk hərbçilərinin atəşə tutulması nəticəsində 2 əsgər şəhid olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü