Modern.az

Facebook-da ən çox izləyicisi olan liderlər

Facebook-da ən çox izləyicisi olan liderlər

Dünya

8 Fevral 2018, 14:12

Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Sosial şəbəkələr arasında Facebook ən çox istifadə olunandır. Facebook-dan istifadə edənlər arasında ölkə liderləri, nazirlər və digər tanınmışlar da kifayət qədərdir.

 

Modern.az az xarici KİV-ə istinadən dünyanın ən çox izləyicisi olan liderləri təqdim edir.

 

 

 

 

 

 

 

Narendra Modi 

İctimaiyyətlə əlaqələr firması Burson-Marstellər tərəfindən yayımlanan bir hesabata görə, Hindistanın baş naziri Modinin  Facebook-da təxminən 40 milyon izləyicisi var. 1,2milyard əhalisi olan bir ölkə üçün bu rəqəm təəccüblü deyil.

 

 

Donald Tramp 

ABŞ prezidenti Donald Trampın Facebook-da 20 milyondan artıq izləyicisi var. Trampın Twitter-dəki özəl hesabını isə 27 milyon nəfər izləyir.

 

Obama liderdir

ABŞ-ın eks prezidenti Barak Obama hazırda lider olmasa da hələ də 54 milyona yaxın izləyicisi var. Onun izləyiciləri hazırda vəzifədə olan liderlərdən daha çoxdur.

 

İordaniya kraliçası Rania

İordaniya Kralı 2-ci Abdullanın arvadı Kraliça Ranianın 10 milyondan çox izləyicisi var. Bu rəqəm İordaniyanın əhalisinin sayından çoxdur. Kraliça, ərəb müsəlman qadınlarının qərbli imicini təmsil etdiyi üçün Qərb mediasınının da böyük marağını çəkmiş ola bilər.

 

Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 milyona yaxın izləyicisi var. Ötən il Facebook-da Obama və Modinin ardından üçüncü sırada yer alırdı.

 

Əl Sisi

Misir Dövlət Başçısı Əbdül Fəttah əs-Sisinin təxmini 7 milyon izləyicisi var. Hesabatda, liderlərin hansı aralıqla paylaşım etdikləri, nə qədər bəyənildikləri, şərh ya da paylaşım aldıqları da incələnib.  

 

Hum Sen

Araşdırmada liderlərin insanlarla qarşılıqlı təsiri də diqqətə alınıb. Hesabata görə, Kambocanın baş naziri Hun Senin Facebook hesabı 58 milyondan çox qarşılıqlı əlaqə ilə Modidən sonra 3-cü sırada yer alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü