Modern.az

ABŞ Liviyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Liviyaya qarşı sanksiyaların müddətini uzadıb

Dünya

9 Fevral 2018, 21:27

ABŞ prezidenti Donald Tramp 2011-ci ildə Liviyaya qarşı tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.

 

Məlumata görə, Liviyadakı vəziyyət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə təhlükə kəsb edir.

 

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü