Modern.az

MSK İlham Əliyevin namizədliyini TƏSDİQLƏDİ  

MSK İlham Əliyevin namizədliyini TƏSDİQLƏDİ    

Aktual

14 Fevral 2018, 16:11

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyulub və İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

 

Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərinə hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü