Modern.az

Onlar prezidentliyə namizədin səlahiyyətli nümayəndələri oldular  

Onlar prezidentliyə namizədin səlahiyyətli nümayəndələri oldular   

Aktual

14 Fevral 2018, 16:32

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

 

Modern.az-ın məlumatına  görə, MSK-nın katibi Arifə Muxtarova deyib ki, YAP tərəfindən təqdim olunmuş siyahıda Prezident seçkilərində səlahiyyətli nümayəndə qismində Əli Əhmədov, Mübariz Qurbanlı, Siyavuş Novruzov qeyd olunub.

 

Məsələ səsverməyə çxarılaraq qəbul olunub.

 

Xatırladaq ki, MSK-nın bugünkü iclasında Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub. İ.Əliyevin namizədliyini YAP irəli sürüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü