Modern.az

Arif Hacılı Tofiq Yaqublu ilə bağlı qərarından danışdı

Arif Hacılı Tofiq Yaqublu ilə bağlı qərarından danışdı

Aktual

14 Fevral 2018, 21:54

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu partiya başqanının müavini vəzifəsindən azad etməsinə aydınlıq gətirib. Modern.az-ın “Report"a istinadən xəbərinə görə, A.Hacılı deyib ki, başqan müavini vəzifəsi konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutur.

 

O bildirib ki, Tofiq Yaqublu başqan müavini kimi bu funksiyaların həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib:

 

"Tofiq Yaqublu Müsavat Partiyası Divanının üzvüdür və bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək".

 

Qeyd edək ki, T.Yaqublu Milli Şuranın da üzvüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü