Modern.az

Azay Quliyev Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyindən DANIŞDI

Azay Quliyev Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyindən DANIŞDI

Aktual

16 Fevral 2018, 17:43

“Azərbaycan ATƏT-in Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunu növbədənkənar prezident seçkilərini müşahidə etməyə dəvət edib”.


Modern.az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Tvitter hesabında yazıb.


Azay Quliyev deyib: “Biz, ATƏT-in müşahidəçi missiyasının iştirakını Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkan hesab edirik”.

Azay Quliyev tərəflərin bu məsələdə məhsuldar əməkdaşlığına ümid etdiyini də qeyd edib.

Xatırladaq ki, ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilən iclasda Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunan məsələlərdən biri olub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ölkə mediasına açıqlamasında bildirib ki, Azərbaycan Avropa təşkilatlarına prezident seçkilərini izləmək üçün dəvət məktubu göndərib.

“Hazırda bu məktub nəzərdən keçirilir. Biz ATƏT və DTİHB təcrübəsinə əsaslanırıq. Biz indi ATƏT DTİHB-nin qərarını gözləyirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü