Modern.az

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

20 Fevral 2018, 17:49

Fevralın 20-də Tehranda sufi müsəlmanlarla toqquşmalarda beş təhlükəsizlik əməkdaşı və bir sufi öldürülüb, 300 nəfər həbsə atılıb.

Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu haqda polis fevralın 20-də məlumat yayıb.

Qonabadi ordeninin üzvləri polis məntəqəsi qarşısında dini icmanın azı bir üzvünün həbsinə etiraz etməyə toplaşıblar.

Fevralın 20-də polisin sözçüsü Saeed Montazer Almehdi deyib ki, İslam İnqilab Keşikçiləri Qvardiyasına bağlı Bəsici hərbi qüvvəsinin iki üzvü öldürülüb.

Montazer Almehdi avtobusun sürücüsü daxil olmaqla, 300-dən çox adamın həbs olunduğunu bildirib.

Ancaq bu rəsmi rəqəmi dəqiqləşdirmək mümkün olmayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...