Modern.az

Əsəd qüvvələri Afrinə girib - İDDİA

Əsəd qüvvələri Afrinə girib - İDDİA

Dünya

21 Fevral 2018, 13:22

Əsəd hakimiyyəti ilə sıx əlaqədə olan Suriya Milli Qüvvələri Afrinə daxil olub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə YPG-nin nümayəndəsi Reyzan Hedu açıqlama verib.

 

“Hərbi dəstələrin Afrindən geri çəkilməsi barədə xəbər yalandı. Qüvvələr artıq Afrindədirlər”.

 

Onun sözlərinə görə, Əsəd tərəfdarlarının bir qrupu türk ordusunun top atəşinə tutulub.

“Biz Dəməşqlə sıx əlaqədəyik”-deyə Hedu deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü