Modern.az

İtaliyada institut saytında Xocalı soyqırımından bəhs edilib

İtaliyada institut saytında Xocalı soyqırımından bəhs edilib

Aktual

23 Fevral 2018, 17:03

İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun saytında Xocalı soyqırımından bəhs edən “Xocalı soyqırımı cəzasız bir cinayərdir” adlı analitik məqdə dərc olunub. Məqalənin müəllifi Bakı Dövlət Universitetinin tədqiqatçısı, İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir.

 

 

Modern.az xəbər verir ki, analitik yazıda Xocalı soyqırımı tarix, siyasət və beynəlxalq hüquq müstəvisində təhlil olunur, onun səbəb və nəticələri göstərilir. Qeyd edilir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr,  Xocalı soyqırımı erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri terror və kütləvi qırğın aktlarının, soyqırımı siyasətinin yeni tarixi mərhələsidır.

 

Məqalədə XX əsrin faciəsi olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada qiymətləndirilir.

 

Müəllif Xocalı soyqırımının səbəblərindən biri kimi, Xocalının qədim yaşayış məskəni, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirməsi ilə bağlayır: ” Ermənilər çox yaşı bilirdilər ki, bu silsilədə qırılmaz inkişafı davam etdirən Xocalı-Gədəbəy mədəniyyəti özündən əvvəlki mədəniyyətlərin xüsusiyyətlərini saxlamış və özündən sonrakı mədəniyyətlərin yaranmasında bünövrə qoymuşdur. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının, Xocalı kurqanlarının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır”.

 

Məqalədə nəticə olaraq  qeyd olunur ki,  ki, 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasına əsasən, Xocalı soyqırımı təşkilatçıları və iştirakçıları, bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasi, Avropa Şurası kimi mötəbər qurumlar,  Xocalı soyqırımını tanımatan dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü