Modern.az

Boksçumuz Sofiyada bürünc medal qazanıb  

Boksçumuz Sofiyada bürünc medal qazanıb   

25 Fevral 2018, 13:18

Boksçumuz "Strandja" turnirində bürünc medal qazanıb. Azərbaycan Boks Federasiyasından Modern.az saytına verilən məlumata görə, Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb. Bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb. 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb. Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü