Modern.az

Türkiyə “Zeytun budağı”nın birinci mərhələsini başa çatdırdı

Türkiyə “Zeytun budağı”nın birinci mərhələsini başa çatdırdı

Aktual

25 Fevral 2018, 17:48

Türkiyə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" anti-terror əməliyyatının birinci mərhələsini başa çatdırıb.

 

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Hatay və Kiliz rayonlarından gələn əsgərlər Afrin ətrafında birləşiblər.

 

Həmin rayonlardan ərəb respublikası ərazisinə daxil olan hərbçilər aypara şəklində xətt formalaşdırıblar.

 

Xatırladaq ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü