Modern.az

Azərbaycanda daha 24 miqrant sax­­­la­nıl­ıb

Azərbaycanda daha 24 miqrant sax­­­la­nıl­ıb

Aktual

27 Fevral 2018, 17:42

Dövlət Miqrasiya Xidməti (DMX) tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərİ da­vam etdirilir.

DMX-dan Modern.az-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbir­lər za­ma­nı 16 nə­fər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə və­­tən­da­şı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 3 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

 

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşadıqları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü