Modern.az

Putin dünyanı aldadır? – Analitiklər şübhəli məqama diqqət ÇƏKİR

Putin dünyanı aldadır? – Analitiklər şübhəli məqama diqqət ÇƏKİR

5 Mart 2018, 11:06

Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müracətində ölkəsinin ən müasir silahlara malik olduğunu deməsi Qərbdə ciddi narahatlıq yaradıb. Bu, həm də Rusiyanın hərbi doktrinasının məqsədlərini daha aydın büruzə verdi.

 

Ümumiyyətlə, ABŞ və Rusiya qızğın silahlanma yarışında öz nüvə arsenallarını müasirləşdirir. Elə bu səbəbdəndir ki, Putin çıxışında həm də Amerikaya mesaj verirdi ki, Rusiyanı diz çökdürmək mümkün deyil.

Putin “Sarmat” qitələrarası ballistik raketi ilə qürrələnib və bu cür silahların dünyada analoqunun olmadığına diqqət çəkib.

 

Lakin bəzi ekspertlərin fikrincə Putinin qanadlı raketlərlə bağlı dedikləri şübhəlidir. Belə ki, qanadlı raketlərə nüvə reaktorunun qoyulması iddiası ekspert çevrələrində şübhə yaradıb.

İsrailin “Cursorinfo” saytına danışan Kosmik Siyasət İnstitutunun rəhbəri İvan Moiseyev məsələni çox da şişirtməyin tərəfdarı deyil. O qeyd edib ki, nüvə enerji qurğuları ilə təchiz olunmuş qanadlı raketlər mövcud ola bilməz.

“Qanadlı raketlərə nüvə mühərrikini qoymaq olmaz və belə mühərrik yoxdur” –deyə o bildirib.

 

Raket texnikası üzrə alman ekspert Robert Şmuker isə bildirib ki, Putinin bəyanatları inandırıcı deyil.

 

“Mən təsəvvür edə bilmirəm ki, Rusiya uçan istilik nüvə reaktoru yarada bilsin”-deyə Robert Şmuker söyləyib. 

Fiziklər də deyirlər ki, raket üçün nüvə mühərriki hazırlamaq  texnologiyası yoxdur və ümumiyyətlə, əgər mühərrik mövcud olsa belə onu illərlə sınaqdan keçirmək, yalnız bundan sonra raketə bərkitmək lazım gələrdi.

 

Amma o da tam olaraq bəlli deyil ki, Rusiya bu texnologiyanı yaradıb ya yox. Bir qisim analitik də hesab edir ki, Rusiya silahlanma texnologiyasında nüvə enerjili qanadlı raketlər yaradıbsa bu, müasir hərb tarixində əsl inqilabdır.

Məlumdur ki, Rusiya qanadlı raket daşıyan gəmilər əleyhinə “Çirkon” raketlərini hazırlayıb. “Çirkon” reaktiv mühərrikin köməyi ilə saatda təxminən  4 min mil yol qət edə bilir.

Analitiklər bildirir ki, Qərbin hava hücumundan müdafiə sistemləri “Çirkon”un istiqamətini və uçuş trayektorasını izləməkdə çətinlik çəkir.

 

Pentaqonda təsdiq ediblər ki, Rusiyada dünyada analoqu olmayan “Status-6” dronları da var. Pentaqonda “Kanyon” kod adını almış “Status-6” 100 meqatonluq nüvə döyüş başlıqlarını daşımağa qadirdir 6 min 200 mil uçuş radiusuna malikdir.  

Pentaqon Rusiyada belə bir silahın olmasını 2016-cı ildə aşkar edib. Bu həmin zaman idi ki, onlardan biri “Sarov” sualtı gəmisindən buraxılmışdı.

 

Putin Rusiyanın bunlarda başqa yeni sualtı dronlara malik olduğunu deyib, amma hələ ki, onların adları çəkilmir.

 

Qərb mətbuatı isə yazıb ki, bu isə şübhələri artırır. Yəni Rusiya doğurdanmı ən müasir silahlara malikdir yoxsa Putin Qərbi qorxutmaq üçün belə deyib?...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...